"Sabah"ın baş məşqçisi Lazar Spasiç: "Püşkatmada bəxtimiz gətirmədi"
"Sabah" basketbol komandasının FIBA Çempionlar Liqasının püşkatmasında bəxti gətirməyib.
"Far.Az" xəbər verir ki, bu barədə baş məşqçi Lazar Spasiç klubun mətbuat xidmətinə açıqlama verib.
Mütəxəssis əsas mərhələnin A qrupundakı rəqibləri haqqında danışıb:
"Püşkatmanın nəticəsindən razı qaldığımı deyə bilmərəm. Düşünürəm ki, bu dəfə bəxtimiz gətirmədi. Açığı, sonuncu səbətdə yer alan Bilbao və Trabzon təmsilçiləri kimi güclü rəqiblərlə qarşılaşmaq istəməzdik. "Trabzonspor" artıq öz gücünü təsdiqləmiş və turnirin sürpriz komandalarından birinə çevrilmiş kollektivdir. Onların böyük büdcəyə malik olduğunu və turnirin ən güclü komandaları sırasında yer aldığını düşünürəm. "Nanter 92" də çox güclü çempionatda çıxış edən ciddi rəqibdir. Onlar ölkə çempionatını ilk "üçlük"də başa vurublar. "Ritas" isə ötən mövsümün çempionudur".
L.Spasiç bildirib ki, bütün bunlara baxmayaraq, təslim olmaq fikrində deyillər:
"Bəli, kağız üzərində qrupun autsayderi hesab oluna bilərik, amma hər oyunda əlimizdən gələni edərək, sona qədər mübarizə aparacağıq. Ümid edirəm ki, bu mövsüm yaxşı nəticələr qazana biləcəyik".
Oxşar xəbərlər
"Kağız gətir - kitab apar" sosial-ekoloji layihəsinə start verildi
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
"Kağız gətir - kitab apar" layihəsinə start verilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Gələn il pensiya və müavinətlər artırılacaq? - RƏSMİ CAVAB
-
Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir
-
Cüdo məşçiləri üçün peşəkar inkişaf proqramı keçirilir
-
FIBA Avropa Kuboku: "Neftçi" Bolqarıstan səfərində uduzub
-
Prezidentdən atmosfer havasının çirklənməsinə qarşı mübarizə ilə bağlı sərəncam
-
"Gəncə" FIBA Avropa Kubokundakı növbəti matçında məğlub olub













