AAYDA rəqəmsallaşma və innovasiya ekosisteminin inkişafı üzrə yol xəritəsini müzakirə edib
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) rəqəmsallaşma, süni intellekt və innovasiya ekosisteminin inkişafı üzrə yol xəritəsini müzakirə edib.
"Far.Az" bu barədə AAYDA-ya istinadən xəbər verir. Müzakirələr agentliyin İdarə Heyətinin 2026-cı ilin birinci yarımilinin yekunlarına və qarşıdakı dövr üzrə prioritet vəzifələrə həsr olunmuş onlayn iclasında baş tutub.
Qeyd olunub ki, bu xəritə, yol təsərrüfatı sahəsində idarəetmənin təkmilləşdirilməsi, xidmətlərin daha çevik, şəffaf və səmərəli təşkili, eləcə də vətəndaş məmnunluğunun artırılması baxımından mühüm əhəmiyyət kəsb edir.
İclasda strateji inkişaf prioritetləri, müasir idarəetmə prinsipləri və rəqəmsal transformasiya çağırışlarına uyğun olaraq agentlikdə həyata keçirilən struktur islahatlarının nəticələri, hesabat dövrü ərzində görülmüş işlər, icra olunan layihələr və qarşıdakı dövr üzrə əsas fəaliyyət istiqamətləri nəzərdən keçirilib.
Agentliyin İdarə Heyətinin sədri Vüsal Nəsirli çıxışında dövlətimizin rəqəmsal transformasiya siyasətinin əhəmiyyətini vurğulayaraq, idarəetmədə innovativ yanaşmaların tətbiqi, rəqəmsal həllərin genişləndirilməsi və xidmətlərin keyfiyyətinin daha da yüksəldilməsinin agentliyin əsas inkişaf istiqamətlərindən biri olduğunu bildirib.
Oxşar xəbərlər
Bakıda Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş "Türk Dünyası Həftəsi"nin açılış mərasimi olub
Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib
Prezident İlham Əliyevin sədrliyi ilə kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirə keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Daşkəsəndə şəhidlərin xatirəsi anılıb, ehsan süfrəsi təşkil olunub
-
UEFA Millətlər Liqasında I turun növbəti oyunları keçirilib
-
Brüsseldə Anım Günü ilə bağlı tədbir keçirilib
-
Hörmüz boğazında kommersiya gəmiçiliyinin intensivliyi 75% azalıb
-
Elm və Təhsil Nazirliyinin rəhbərliyi və kollektivi Zəfər parkını ziyarət edib
-
Vətən müharibəsinin ildönümü ilə əlaqədar Hərbi Memorial Məzarlığa ziyarət başlayıb













