V "Cyber Summer School 2026" kiber düşərgəsi başa çatıb
Far.Az xəbər saytı

V "Cyber Summer School 2026" kiber düşərgəsi başa çatıb


V "Cyber Summer School 2026" kiber düşərgəsinin bağlanış mərasimi keçirilib.

"Far.Az"un Qərb bürosunun məlumatına görə, bağlanış mərasimində çıxış edən Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasının (AKTA) İdarə Heyətinin sədri Pənah Musayev və Mingəçevir Dövlət Universitetinin rektoru Anar Eminov düşərgənin kibertəhlükəsizlik sahəsində gənc mütəxəssislərin hazırlanmasına verdiyi töhfələrdən bəhs edərək, iştirakçılara gələcək fəaliyyətlərində uğurlar arzulayıblar.

Mərasim çərçivəsində düşərgə iştirakçılarına və təşkilati prosesdə fəal iştirak edən könüllülərə sertifikatlar təqdim olunub. Eyni zamanda, düşərgənin həyata keçirilməsinə verdikləri dəstəyə görə tərəfdaş və sponsor qurumlara təşəkkürnamələr təqdim edilib.

Bağlanış mərasimində ənənəvi Capture The Flag (CTF) kibertəhlükəsizlik yarışının qalibləri də elan olunub. Yarışda ən yüksək nəticə göstərən komandaların mükafatlandırılması həyata keçirilib.

Bununla yanaşı, AKTA-nın qızıl üzvü olan "Code" MMC tərəfindən düşərgə çərçivəsində keçirilən təlimlərdə yüksək nəticələri ilə fərqlənən 5 iştirakçıya və təşkilati prosesdə fəallığı ilə seçilən 2 könüllüyə ödənişsiz təlim kuponları təqdim edilib.

Mərasim xatirə fotosunun çəkilməsi ilə yekunlaşıb.

Qeyd edək ki, düşərgə Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasının (AKTA) təşkilatçılığı, Dövlət Təhlükəsizliyi Xidmətinin Milli Kiber Təhlükəsizlik Mərkəzinin, Gənclər və İdman Nazirliyinin və Mingəçevir Dövlət Universitetinin əsas tərəfdaşlığı ilə baş tutub.

Oxşar xəbərlər

Bakıda WUF13-ün Sessiyasının açılış mərasimi keçirilib, Prezident İlham Əliyev çıxış edib
Prezident İlham Əliyev Bakı Enerji Həftəsinin rəsmi açılış mərasimində iştirak edib
Bakıda Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş "Türk Dünyası Həftəsi"nin açılış mərasimi olub
Mingəçevirdə V "Cyber Summer School 2026" kiber yay düşərgəsinə start verilib
Mingəçevirdə "Cyber Summer School 2026"nın iştirakçıları üçün velotur təşkil olunub

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər