"Şərqi Azəri" yatağından indiyədək 645 milyon bareldən çox neft hasil edilib
Far.Az xəbər saytı

"Şərqi Azəri" yatağından indiyədək 645 milyon bareldən çox neft hasil edilib


İndiyədək "Şərqi Azəri" yatağından 645 milyon bareldən (87 milyon ton) çox neft hasil edilib.

Bu barədə "Report"a "BP-Azerbaijan" şirkətindən məlumat verilib.

Bildirilib ki, bununla da "Şərqi Azəri" 1997-ci ilin noyabrında hasilata başlamış "Azəri-Çıraq-Günəşli" (AÇG) yatağından 4,7 milyard barel ümumi neft hasilatına əhəmiyyətli töhfə verib.

Məlumata əsasən, "Şərqi Azəri" hazırda təhlükəsiz və etibarlı şəkildə öz fəaliyyətini davam etdirir. 2026-cı ilin üçüncü rübünün sonuna platformanın gündəlik orta hasilatı təxminən 46 min barel təşkil edib.

"Şərqi Azəri" obyektləri 48 quyu gövdəsi olan bir hasilat, qazma və yaşayış platformasından və qurudakı Səngəçal terminalına birləşmiş 30 düymlük sualtı boru kəmərindən, həmçinin bir sıra yataqarası boru xətləri və sistemlərindən ibarətdir.

Hazırda "Şərqi Azəri"də təxminən 170 nəfər çalışır və onların əksəriyyəti, o cümlədən platformanın hər iki meneceri azərbaycanlı mütəxəssislərdir.

Məlumata görə, indiyədək platformadan ümumilikdə 39 quyu və çox sayda yan lülə qazılıb. Hazırda istismarda olan 36 quyudan 27-si hasilat, 8-i suvurma quyusu və biri isə şlamların yenidən laylara vurulması üçün quyudur.

"Şərqi Azəri" yetkin işlənmə mərhələsində olan AÇG yatağından maksimum neftvermənin təmin olunmasında innovasiya və texnologiyaların gücünü nümayiş etdirməkdə davam edir. Bu yaxınlarda platformadan təhvil verilmiş D18Z quyusunda təxminən 2 000 metrdən çox açıq lülə hissəsi qazılıb ki, bunun 1 500 metrdən çoxu hədəf məhsuldar layın daxilində qum hissəsindən keçib. D18Z quyusu indiyədək AÇG yatağında qazılmış quyular arasında ən geniş lay təmasına malikdir və yataqdan əlavə dəyərin üzə çıxarılmasında qabaqcıl seysmik görüntüləmə, qazma və tamamlama texnologiyalarının rolunu bir daha vurğulayır.

Xatırladaq ki, "Şərqi Azəri" yatağından ilk hasilat 2006-cı il oktyabr 21-də əldə olunmuş və bununla da AÇG-nin tammiqyaslı işlənməsinin ikinci fazası tamamlanıb. İlk neft əvvəlcədən qazılmış səkkiz öncə qazma quyusunun birincisindən hasil olunaraq yeni sualtı boru kəməri vasitəsilə 2006-cı il noyabrın 10-da Səngəçal terminalına çatmışdı.

Oxşar xəbərlər

İlham Əliyev "Bakı Enerji Həftəsi"nin rəsmi açılış mərasimində iştirak edib - YENİLƏNİB-3
Lökbatandakı yanğına helikopterlər indiyədək 200 ton su töküb - YENİLƏNİB-4
Lökbatandakı yanğına helikopterlər indiyədək 150 ton su töküb - YENİLƏNİB-4
30 illiyini qeyd edən Azərbaycan enerjisinin ötən ilinə baxış
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər