Mingəçevirdə "Cyber Summer School 2026"nın iştirakçıları üçün velotur təşkil olunub
V "Cyber Summer School 2026" çərçivəsində iştirakçılar üçün velotur təşkil olunub.
"Far.Az"un Qərb bürosunun məlumatına görə, tədbir Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyası (AKTA), Mingəçevir Dövlət Universiteti və Gənclər və İdman Nazirliyinin Aran Regional Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə baş tutub.
Veloturun əsas məqsədi iştirakçılar arasında sağlam həyat tərzinin təşviqi, fiziki aktivliyin artırılması, komanda ruhunun gücləndirilməsi, mikro nəqliyyat vasitələrindən istifadənin təşviqi, eləcə də düşərgə iştirakçıları arasında əməkdaşlıq və qarşılıqlı ünsiyyətin inkişafına töhfə vermək olub.
Tədbir zamanı iştirakçılar Mingəçevir şəhərində əvvəlcədən müəyyən edilmiş marşrutlar üzrə hərəkət edərək həm fiziki aktivlik nümayiş etdirib, həm də qeyri-formal mühitdə ünsiyyət qurmaq və komanda ruhunu daha da möhkəmləndirmək imkanı əldə ediblər. Veloturun sonunda bütün iştirakçılara diplomlar təqdim olunub.
Qeyd edək ki, V "Cyber Summer School 2026" yay düşərgəsi çərçivəsində kibertəhlükəsizlik üzrə nəzəri və praktiki təlimlərlə yanaşı, iştirakçıların fiziki və sosial inkişafını dəstəkləyən müxtəlif idman və komanda fəaliyyətləri də təşkil olunur. Bu cür tədbirlər gənclər arasında sağlam həyat tərzinin təşviqinə, liderlik və əməkdaşlıq bacarıqlarının inkişafına, həmçinin düşərgə iştirakçıları arasında dostluq münasibətlərinin möhkəmləndirilməsinə xidmət edir.
Oxşar xəbərlər
Mingəçevirdə V "Cyber Summer School 2026" kiber yay düşərgəsinə start verilib
"Cyber Summer School 2026"nın iştirakçıları kibertəhlükəsizliyin əsas istiqamətləri barədə məlumatlandırılıb
Leyla Əliyeva Mingəçevirdə ekoloji aksiyalarda iştirak edib
"Cyber Summer School 2026" çərçivəsində voleybol turniri keçirilib
SOCAR-ın təşkilatçılığı, "Neftçi" və "Galatasaray" klublarının tərəfdaşlığı ilə şəhid və qazi övladları üçün "Futbol günü" adlı tədbir keçirilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Kobud müdaxilə, ikili standart: İranın elm nazirinin azərbaycanlı qızlara dəvətinin arxasında nə dayanır?
-
Tehran rejimi təmsilçisinin kütlüyü – öz gözündə görmədiyi tir
-
Sumqayıtda dəmiryol vağzalının qarşısında avtomobil yandı
-
Naxçıvanda bu il 117 yeni müəssisə fəaliyyətə başlayıb
-
Naxçıvanda fiziki imkanları məhdud şəxslərin əl işlərindən ibarət sərgi-satış yarmarkası açılıb
-
DTX "Ceyhun Sabunçu"nu qətlə yetirənləri müəyyən edərək saxlayıb













