Çin qasırğadan sonra xilasetmə və bərpa işləri üçün 6 milyon dollara yaxın vəsait ayırıb
Far.Az xəbər saytı

Çin qasırğadan sonra xilasetmə və bərpa işləri üçün 6 milyon dollara yaxın vəsait ayırıb


Çin "Bavi" qasırğasından sonra Futszyan və Çjetszyan əyalətlərində xilasetmə və bərpa işlərinə dəstək məqsədilə 40 milyon yuan (təxminən 5,88 milyon dollar) ayırıb.

"Far.Az" "Sinxua" agentliyinə istinadən xəbər verir ki, vəsait Maliyyə və Fövqəladə Hallar nazirlikləri tərəfindən ayrılacaq.

Qasırğanın yaxınlaşması ilə əlaqədar şərqdəki Çjetszyan və Futszyan əyalətlərində 1,9 milyondan çox insan təxliyə olunub. "Narıncı" təhlükə səviyyəsi elan edilib.

Güclü qasırğa Çinin şərq sahilinin bəzi rayonlarına leysan yağışları gətirərək şiddətli daşqınlara və s. səbəb olub.

Maliyyə Nazirliyinin bəyanatına əsasən, vəsait daşqınlara qarşı təxirəsalınmaz tədbirlərin həyata keçirilməsi və qasırğaların nəticələrinin aradan qaldırılmasına yönəldiləcək. Bu çərçivədə zərərçəkmiş sakinlərin təxliyəsi və təhlükəsiz ərazilərə köçürülməsi, insanların təhlükəsizliyinə birbaşa təhdid yaradan risklərin aradan qaldırılması üçün təcili tədbirlərin görülməsi prioritet olacaq.

Oxşar xəbərlər

Şimal-qərb bölgəsində leysan yağışları olub, dolu düşüb
Braziliya, Polşa, Çin, Nepal, Hindistan, BƏƏ, Fransa və Tunis vətəndaşları Azərbaycana təxliyə olunub
Çin vətəndaşları İrandan Azərbaycana təxliyə olunur
Azərbaycan vətəndaşlarının Ciddədən Bakıya təhlükəsiz təxliyəsi həyata keçirilib - YENİLƏNİB
İrandan Azərbaycana daha 84 nəfərin təxliyəsi baş tutub

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər