Mingəçevirdə regional biznesin inkişafı və investisiya imkanları müzakirə edilib
Mingəçevirdə biznes subyektləri ilə istehsal müəssisələrinin yaradılmasına, ətraf mühitin mühafizəsi ilə bağlı tədbirlərin təşviqinə, xarici kapitallı biznesin qurulmasına dəstək məsələləri ilə bağlı fikir mübadiləsi aparılıb.
"Far.Az" Kiçik və Orta Biznesin İnkişafı Agentliyinə (KOBİA) istinadən xəbər verir ki, tədbirdə sənaye, balıqçılıq, ictimai iaşə, kənd təsərrüfatı və s. sahələrdə fəaliyyət göstərən 120-yə yaxın sahibkar, eləcə də dövlət qurumlarının nümayəndələri iştirak ediblər.
Görüşdə Mingəçevir Şəhər İcra Hakimiyyəti başçısı İlham İsmayılov və KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov bölgədə sahibkarlıq fəaliyyəti üçün imkanlar, dövlətin dəstək alətləri, o cümlədən KOBİA-nın xidmət infrastrukturu və dəstək mexanizmləri barədə məlumat veriblər.
Qeyd olunub ki, hazırda rəqəmsal texnologiyaların tətbiqi, istehsalın səmərəliliyinin artırılması, KOB subyektlərinin dəyər zəncirinə inteqrasiyası və yaşıl iqtisadiyyatın genişləndirilməsi əsas inkişaf istiqamətləridir. Azərbaycanın əsas sənaye və energetika mərkəzlərindən olan Mingəçevirdə istehsal, xidmət və logistika sahələrinin inkişafı, yeni investisiyaların cəlbi və sahibkarlığın genişləndirilməsi üçün əlverişli imkanlar mövcuddur. Şəhərdə fəaliyyət göstərən sənaye müəssisələri və energetika infrastrukturu emal sənayesinin, innovativ istehsalın və xidmət sektorunun inkişafını dəstəkləyir. Mingəçevir sahibkarları da mövcud potensialın reallaşdırılması üçün dövlətin dəstək alətlərindən, o cümlədən KOBİA tərəfindən göstərilən xidmətlərdən yararlana bilərlər. Bunun üçün sahibkarlar KOBİA-ya birbaşa və ya bölgədə fəaliyyət göstərən KOB dostlarına müraciət edə bilərlər.
Görüşdə sahibkarlarla istehsal müəssisəsinin və işğaldan azad edilmiş ərazilərdə şirniyyat sexinin yaradılmasına, ətraf mühitin mühafizəsi ilə bağlı tədbirlərin təşviqinə, xarici kapitallı biznesin qurulmasına dəstək və digər məsələlərlə bağlı fikir mübadiləsi aparılıb, biznes subyektlərinin təklifləri dinlənilib və sualları cavablandırılıb.
KOBİA nümayəndələri həmçinin, Mingəçevirdə termal kağız emalı və pellet yanacaq və metal konstruksiyalar istehsalı müəssisəsində olub. Sahibkarlarla biznesin inkişafına dair fikir mübadiləsi aparılıb. Bu müəssisələr müxtəlif vaxtlarda KOBİA-nın daxili bazar araşdırması və sərgilərdə iştirak kimi dəstək mexanizmlərindən faydalanıblar.
Oxşar xəbərlər
Prezident İlham Əliyevin sədrliyi ilə kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirə keçirilib
Şəhid olmuş bir qrup hərbi qulluqçu və mülki işçi ölümündən sonra təltif olunub
Leyla Əliyeva Mingəçevirdə ekoloji aksiyalarda iştirak edib
KOB-lara dəstək və xidmətlərin göstərilməsi üzrə ixtisaslaşmış KOBİA-nın yaranmasından səkkiz il ötür
Şahin Bağırov: "Azərbaycanın gömrük sistemi elə bir səviyyəyə çatıb ki, təcrübəsini digər dövlətlərə təqdim edir" – MÜSAHİBƏ
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Natiq Əliyev Qaradağ rayon icra hakimiyyətinin başçısı təyin olunub
-
Fransua Olland prezident seçkilərində iştirakını istisna etməyib
-
Lahorda azərbaycanlı qadına qarşı qrup şəklində cinsi zorakılıq iddiası – İstintaq başladı
-
Jurnalist Əvəz Zeynallı vəfat etdi
-
UEFA Millətlər Liqası: Türkiyə yığması bu gün İtaliya ilə üz-üzə gələcək
-
Prezidetin ali xüsusi rütbə verdiyi Sənan Paşayev kimdir? - DOSYE













