Britaniyada keçmiş deputatın qətlində şübhəli bilinən şəxs saxlanılıb
Far.Az xəbər saytı

Britaniyada keçmiş deputatın qətlində şübhəli bilinən şəxs saxlanılıb


Böyük Britaniyada 28 yaşlı kişi İcmalar Palatasının keçmiş deputatı Enn Uiddikombun qətlində şübhəli bilinərək saxlanılıb.

"Far.Az"un məlumatına görə, bu barədə Devon və Kornuoll qraflığı polisinin açıqlamasında bildirilir.

"28 yaşlı kişinin 11 iyul axşamı Cənubi Yorkşirdə Enn Uiddikombun qətlində şübhəli bilinərək həbs olunduğunu təsdiq edə bilərik. Şübhəli, ağdərili britaniyalı kişi hazırda həbsdədir. Xanım Uiddikombun ailəsinə hadisələrin inkişafı barədə məlumat verilib", - polis bildirib.

Qeyd olunur ki, həbs Cənubi Yorkşir polisi tərəfindən Terrorla Mübarizə Bölməsinin dəstəyi ilə həyata keçirilib. Hüquq-mühafizə orqanlarının əməkdaşları bildiriblər ki, hazırda hadisənin terror hücumu olduğuna inanmaq üçün heç bir səbəb yoxdur.

78 yaşlı Uiddikombun meyiti 9 iyulda İngiltərənin cənub-qərbindəki Devon qraflığının Heytor kəndindəki evində aşkar edilib. Polis hadisəni qətl kimi təsnif edib və hücumun 8 iyulda baş verdiyini bildirib.

İyulun 10-da axşamı 26 yaşlı kişi cinayət işi ilə əlaqədar həbs edilib, lakin ertəsi gün səhər heç bir ittiham irəli sürülmədən sərbəst buraxılıb.

Oxşar xəbərlər

Heydər Əliyev Fondunun dəstəyi ilə alınan musiqi alətlərinin təqdimatı olub
İlham Əliyev Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 12-ci iclasında iştirak edib
Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Leyla Əliyeva Yevlaxda Sahibsiz Heyvanlara Qayğı Mərkəzinin regional bölməsinin açılışında iştirak edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər