"Vestri"nin baş məşqçisi: "Güclü rəqibə qarşı yaxşı oyun sərgilədik"
"Mənim üçün çox çətin oyun oldu".
Far.Az Oxu.Az-a istinadən xəbər verir ki, bunu UEFA Avropa Liqasının 1-ci təsnifat mərhələsində keçirilən "Qarabağ" - "Vestri" oyunundan sonra İslandiya təmsilçisinin baş məşqçisi Daniel Osafo-Badu deyib.
O bildirib ki, "Qarabağ" çox gözəl oyun göstərdi:
"Ümumilikdə oyunçularımdan razı qaldım. Belə güclü rəqibə qarşı fikrimcə yaxşı oyun sərgilədik. "Qarabağ" çox fantastik oyun göstərdi. Bəziləri təxmin edirdilər ki, "Qarabağ" bizə 10 qol vuracaq. Üç qoldan ikisi bizim səhvimizdən oldu. Fikrimcə, pis oyun sərgiləmədik. Mən qazandığımız bu təcrübədən və oyunçularımın oyuna yanaşmasından məmnunam. Bizim növbəti oyuna qədər vaxtımız var. Topla oyun tərzimizi daha da yaxşılaşdırmalıyıq".
Qeyd edək ki, UEFA Avropa Liqasının 1-ci təsnifat mərhələsində keçirilən "Qarabağ" - "Vestri" (İslandiya) oyunu təmsilçimizin 3:0 hesablı qələbəsi ilə başa çatıb.
Xatırladaq ki, cavab qarşılaşması İslandiyanın paytaxtı Reykyavikdə yerləşən "Valbjarnarvöllur" stadionunda olacaq. Görüş Bakı vaxtı ilə iyulun 17-də, saat 00:00-da start götürəcək.
Oxşar xəbərlər
UEFA Avropa Liqası: "Qarabağ" - "Vestri" oyununda ikinci hissə başlayıb - YENİLƏNİB-3
UEFA Avropa Liqası: "Qarabağ" "Vestri"ni məğlub edib - YENİLƏNİB-5
UEFA Avropa Liqası: "Qarabağ" - "Vestri" oyunu başlayıb
Nazirlik sel təhlükəsi zamanı qorunmağın yollarını göstərdi
UEFA Avropa Liqası: "Qarabağ" "Vestri"ni məğlub edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Əhaliyə SEVİNDİRİCİ XƏBƏR - 1.1 milyon insanın pensiyası bu faizlə artacaq
-
Azərbaycan və Ukrayna Fəaliyyət Planını qəbul edib
-
Anar Axundov: Azərbaycanda özəl sektorun investisiya fəallığı yüksəlir
-
Lu Mey: Çin Azərbaycanın hakim partiyası ilə əlaqələri gücləndirmək niyyətindədir
-
AZAL gələcəyin texniki mütəxəssislərini yetişdirir
-
Pərvanə Vəliyeva: Hemofiliya üçün Əvəzedici Faktor Preparatlarının regionlara çatdırılması təşkil edilməyib













