Norveç millisinin baş məşqçisi Stole Solbakken: "Hazırda yalnız böyük məyusluq hiss edirəm"
Far.Az xəbər saytı

Norveç millisinin baş məşqçisi Stole Solbakken: "Hazırda yalnız böyük məyusluq hiss edirəm"


DÇ-2026-nın 1/4 final mərhələsində İngiltərə seçməsinə uduzan Norveç millisinin baş məşqçisi Stole Solbakken məyusdur.

"Report" xarici mediaya istinadən xəbər verir ki, bunu skandinaviyalıların baş məşqçisi özü sözügedən oyundan sonra baş tutan mətbuat konfransında bildirib.

Mütəxəssis mundialda mübarizəni dayandırdıqları üçün üzgün olduqlarını söyləyib:

"Hazırda yalnız böyük məyusluq hiss edirəm. Lakin eyni zamanda bu komanda ilə sonsuz qürur duyuram. Futbolçularımız son altı həftə yarım ərzində möhtəşəm iş gördülər. Onlar bütün Norveçə sevinc bəxş etdilər və hər kəsin rəğbətini qazandılar. İngiltərəni qələbə münasibətilə təbrik edirəm və turnirin davamında onlara uğurlar arzulayıram".

Qeyd edək ki, İngiltərə Norveç millisinə 2:1 hesabı ilə qalib gələrək yarımfinala yüksəlib.

Oxşar xəbərlər

Hidayət Heydərov VI İslam Həmrəyliyi oyunlarında yarımfinala yüksəlib
"FIFA Series – 2026": Azərbaycan millisinin Sent Lüsiya yığması ilə oyundan əvvəl açıq məşqi təşkil olunub
Stole Solbakken: "Braziliya ilə oyunda möhkəm və taktiki cəhətdən düzgün oyun göstərdik"
Stole Solbakken: "Norveç millisi dünya çempionatı yolunda çox əziyyət çəkib"
Stole Solbakken: "İraqla matçda ilk hissədəki qollar bizə üstünlük qazandırdı"

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər