İran Hörmüz boğazının bağlandığını elan edib
Far.Az xəbər saytı

İran Hörmüz boğazının bağlandığını elan edib


İranın İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Hərbi Dəniz Qüvvələri Hörmüz boğazının xarici müdaxilənin yaratdığı qeyri-sabit təhlükəsizlik vəziyyəti səbəbindən növbəti xəbərdarlığa qədər bağlandığını açıqlayıb.

"Report" xəbər verir ki, bu barədə SEPAH-ın Hərbi Dəniz Qüvvələrinin bəyanatında bildirilir.

Məlumata görə, xarici müdaxilə və gəmilərin Hörmüz boğazında icazəsiz marşrutlarla hərəkət etmək cəhdləri təhlükəsizlik problemlərinin ortaya çıxmasına səbəb olub.

Bildirilib ki, daha əvvəl xarici müdaxiləyə, gəmi marşrutlarının icazəsiz müəyyən edilməsinə qarşı xəbərdarlıqlar olunub. Bir neçə saat əvvəl bəzi gəmilər xəbərdarlıqlara məhəl qoymayaraq, icazəsiz marşrutlar üzrə irəliləməyə cəhd ediblər.

Xəbərdarlıqlara baxmayaraq kursunu dəyişməyən gəmilərdən biri SEPAH-ın Hərbi Dəniz Qüvvələri tərəfindən xəbərdarlıq atəşi ilə dayandırılıb.

Bəyanatda, bölgəyə müdaxilələr dayandırılana qədər heç bir gəminin Hörmüz boğazından keçməsinə icazə verilməyəcəyi bildirilib.

Oxşar xəbərlər

İlham Əliyevin iştirakı ilə İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının açılış mərasimi keçirilib
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Prezident İlham Əliyev Bakının İslam Səfərli küçəsinin yenidənqurmadan sonra açılışında iştirak edib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər