Murat Yakın: "Hakimin səhvi bizi cəzalandırdı"
İsveçrə millisi Argentina ilə matçda baş hakimin səhvinə görə uduzub.
"Report" xarici mediaya istinadən xəbər verir ki, bunu Avropa təmsilçisinin baş məşqçisi Murat Yakın Argentina yığmasına qarşı DÇ-2026-nın 1/4 final mərhələsinin oyunundan sonra deyib.
Mütəxəssis məğlub olduqları oyuna şərh verib:
"Brel Embolonun ikinci sarı vərəqə alması üçün heç bir əsas görmədim. Bu, tamamilə adi oyun epizodu idi. Hakimin səhvi bizi cəzalandırdı və qəbuledilməz bir qayda ucbatından bu şəkildə mübarizəni dayandırmalı olduq.
Hakim və VAR-ın həmin qərarı necə qəbul etdiyini anlamıram. Bu qayda oyunun taleyini həll etdi. Bir daha təkrar edirəm, həmin epizodda sarı vərəqə göstərilməsi üçün heç bir səbəb yox idi. Belə vəziyyətdə hakim sadəcə oyunu davam etdirməli idi".
Qeyd edək ki, Argentina İsveçrə seçməsinə 3:1 hesabı ilə qalib gələrək yarımfinala adlayıb.
Oxşar xəbərlər
İlham Əliyev Cəbrayılın Horovlu kəndinin birinci mərhələsinin açılışında iştirak edib
Hidayət Heydərov VI İslam Həmrəyliyi oyunlarında yarımfinala yüksəlib
Azərbaycan millisi "FIFA Series - 2026" turnirinin qalibi olub - YENİLƏNİB-6
Azərbaycanın daha bir boksçusu dünya çempionatında mərhələ adlayıb
"UFC Fight Night Baku": Gecənin ikinci əsas döyüşündə Maqomedov Pereyranı məğlub edib - YENİLƏNİB-4
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycan komandası "European Gym for Life Challenge" festivalında birinci olub
-
Kürdəmirdəki Bakı-Batumi neft kəmərinin ötürücü nasos stansiyası mədəniyyət abidələri siyahısına daxil edilə bilər
-
AZAL yeni "Airbus A321neo" təyyarəsi ilə ilk uçuşunu həyata keçirib
-
Ferran Torres "Barselona"nı PSJ-yə dəyişməyə RAZILIQ VERDİ
-
İsrail Livanda "Hizbullah"a silah daşıyan radikallara zərbə endirib
-
V "Cyber Summer School 2026" kiber düşərgəsi başa çatıb













