Məmur Şəkidə "ciyər axşamı"nda bələdiyyə sədrinin başına butulka çırpdı - Təfərrüat
Far.Az xəbər saytı

Məmur Şəkidə "ciyər axşamı"nda bələdiyyə sədrinin başına butulka çırpdı - Təfərrüat


Şəki rayonu Oxud kənd bələdiyyəsinin sədrinə xəsarət yetirilib.

BAKU.WS "Teleqraf"a istinadla xəbər verir ki, hadisə oktyabrın 30-da axşam saatlarında baş verib.

Kənddə toydan əvvəlki axşam məclisində ("ciyər axşamı"nda) Şəki Rayon İcra Hakimiyyəti Başçısının Oxud kəndi üzrə icra nümayəndəsi Oruc Əhmədov kəndin bələdiyyə sədri Tərlan Səlimovla mübahisə edib. Mübahisə zamanı icra nümayəndəsi bələdiyyə sədrinin başına şüşə butulka vurub.

Həmin vaxt icra nümayəndəsinin içkili olduğu bildirilir.

Məlumata görə, sərxoş olan icra nümayəndəsi uca səslə atmacalı sözlər deyib. Bələdiyyə sədri isə icra nümayəndəsinin hərəkətlərinə irad bildirib.

Bundan qəzəblənən Oruc Əhmədov stolun üstündəki şüşə butulkanı Tərlan Səlimovun başına çırpıb. Xəsarət alan bələdiyyə sədri xəstəxanaya müraciət edib və onun başına tikiş qoyulub.

Oruc Əhmədovun qaynının Şəki Rayon İcra Hakimiyyətində şöbə müdiri işlədiyi bildirilir.

Faktla bağlı rayon hüquq-mühafizə orqanlarında araşdırma başlanıb.

Məmur Şəkidə

Oxşar xəbərlər

Leyla Əliyeva və Arzu Əliyeva Şəkidə tarixi-memarlıq abidələrinin bərpadan sonra açılışında iştirak ediblər
Leyla Əliyeva Qubada iftar məclisində iştirak edib
Şəhidlər xiyabanına xalq ziyarəti axşam saatlarında da davam edir
Nazir bu müəllimləri təltif edildi - ADLAR
Şəkidə "Ümummilli Lider Heydər Əliyev və Azərbaycanın mədəniyyət dəyərləri" mövzusunda tədbir keçirilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər