FHN "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi ilə birgə təlim keçirib
Fövqəladə Hallar Nazirliyi Baş əməliyyat idarəsinin təşkilatçılığı ilə "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin ərazisində "Fövqəladə halların nəticələrinin aradan qaldırılması" mövzusunda birgə təlim keçirilib.
FHN-dən "Report"a bildirilib ki, təlimin keçirilməsində məqsəd qoruğun ərazisində yaşayan əhalinin və fəaliyyət göstərən obyektlərin əməkdaşlarının mümkün fövqəladə hallarla bağlı davranış qaydalarına dair maarifləndirilməsi, fövqəladə hallar zamanı fəaliyyət üzrə əməliyyat və qarşılıqlı fəaliyyətin təkmilləşdirilməsi olub.
Təlim nəzəri və praktiki hissədən ibarət olub.
Nəzəri hissədə FHN əməkdaşları tərəfindən "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin əməkdaşlarına, qoruq ərazisində yaşayan sakinlərə, eləcə də fəaliyyət göstərən obyektlərin işçi personalına fövqəladə hallarla bağlı davranış qaydaları, o cümlədən təxliyənin təşkili məsələləri barədə geniş məlumat verilib, suallar cavablandırılıb.
Praktiki hissə qoruq ərazisində baş vermiş şərti yanğın hadisəsi haqqında FHN-in Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olan zənglə başlayıb. Qoruğun ərazisində baş vermiş şərti yanğınla əlaqədar yaranmış vəziyyətin qiymətləndirilməsi, qüvvə və vasitələrin hadisəyə çevik reaksiyası, habelə kəşfiyyat, axtarış-xilasetmə və qarşılıqlı fəaliyyətin təşkili üzrə komandir-rəis heyətinin fəaliyyətləri təşkil olunub. Şərti yanğın zamanı insanlar təhlükəsizlik tədbirləri çərçivəsində təxliyə edilib, "yanğın" Nazirliyin yanğından mühafizə qüvvələri tərəfindən qısa müddətdə "söndürülüb", "hadisə" baş vermiş binada "köməksiz vəziyyətdə qalmış" şəxslər xilasedicilər tərəfindən "xilas edilərək onlara ilkin yardım göstərildikdən" sonra aidiyyəti üzrə təhvil verilib.
Uğurla reallaşdırılan təlimdə qarşıya qoyulan məqsədlərə nail olunub. Təlimin sonunda əldə edilmiş nəticələrin müzakirəsi məqsədilə toplantı keçirilib, müvafiq tapşırıqlar verilib.
Qeyd edək ki, təlimə FHN və "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin ümumilikdə 34 nəfərdən ibarət canlı qüvvəsi və 6 ədəd xüsusi texnikası cəlb edilib.
Oxşar xəbərlər
DTA tabeliyindəki qoruq və müəssisələrdəki yeniliklər təqdim olunub
SOCAR-ın təşkilatçılığı, "Neftçi" və "Galatasaray" klublarının tərəfdaşlığı ilə şəhid və qazi övladları üçün "Futbol günü" adlı tədbir keçirilib
FHN tərəfindən "Yaz-yay fəsillərində sel təhlükəsi" mövzusunda növbəti tədbirlər keçirilib
Mərkəzi Bank tərəfindən media nümayəndələri üçün "Kapital bazarlarının əsasları" mövzusunda təlim keçirilib
Leyla Əliyeva "Mənzərəyə açılan ev" mövzusunda qrup sərgisində iştirak edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
ABŞ ilk dəfə narkotik kartelinin dronlarına qarşı lazer sistemindən istifadə edib
-
Rezai: Hörmüzün blokadası ABŞ-İran toqquşmalarına səbəb ola bilər
-
"Axios": ABŞ Venesuela ilə irimiqyaslı neft sazişi bağlamağa yaxındır
-
İsrail Ordusu Qəzzada HƏMAS-ın iki komandirini və döyüşçüsünü zərərsizləşdirib
-
Bəyan edilməyən dərmanların gömrük sərhədindən keçirilməsinin qarşısı alındı
-
"Qanun" nəşriyyatının tərcüməçisi müəmmalı şəkildə ölüb - Ailəsindən AÇIQLAMA













