İspaniya və İtaliya miqrasiya böhranı ilə əlaqədar sərhəd yoxlanışlarını dayandırır
Far.Az xəbər saytı

İspaniya və İtaliya miqrasiya böhranı ilə əlaqədar sərhəd yoxlanışlarını dayandırır


İspaniya və İtaliya, Seuta şəhərindəki miqrasiya böhran səbəbindən ölkələrin tətbiq etdiyi qarşılıqlı sərhəd nəzarətinin ləğv edilməsi barədə razılığa gəliblər.

"Far.Az" İspaniya mediasına istinadən xəbər verir ki, bu razılaşma İtaliya və İspaniyanın daxili işlər nazirləri Matteo Piantedozi və Fernando Qrande-Marlaska arasında telefon danışığı zamanı əldə olunub.

İspaniya Daxili İşlər Nazirliyindəki mənbə hava və dəniz daşımaları sahəsində sərhəd nəzarətinin müddətinin uzadılmaması barədə qərar qəbul edildiyini bildirib.

Qeyd edək ki, iyulun 31-də Mərakeşdən olan on minlərlə qanunsuz miqrant İspaniyanın muxtar Seuta şəhərinə keçib, bunun nəticəsində də hakimiyyət şəhərə ordu göndərin. Bəziləri krallığın sərhədini üzərək keçməyə cəhd edib və boğulub. Bundan sonra İtaliya Şengen müqaviləsi çərçivəsində İspaniya ilə vizasız rejimin fəaliyyətini dayandırıb və sərhəd nəzarəti tətbiq edib. Buna cavab olaraq İspaniya tərəfi İtaliyaya qarşı analoji qərar qəbul edib.

Oxşar xəbərlər

İspaniya ilə Mərakeş arasında Seuta hadisəsi - Avropanın narahatlığı - ŞƏRH
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər