Azərbaycanlı güləşçi finalda geridönüş edərək çempion olub
Şimali Makedoniyanın paytaxtı Skopyedə keçirilən güləş üzrə U-20 Avropa çempionatına yekun vurulub.
"Report" xəbər verir ki, sonuncu yarış günündə 61, 74, 86, 92 və 125 kq-da yer alan sərbəst güləşçilər arasında medalçılar müəyyənləşib.
Camal Abbasov (61 kq) finalda rusiyalı Usman İndirbayevə (2:13), Nurlan Ağazadə (74 kq) isə həlledici görüşdə almaniyalı Manuel Vaqinə (2:4) məğlub olaraq gümüş medalı boynundan asıb.
Məhəmməd Abbaszadə (86 kq) israilli Tomer Drojnyaka 7:1 hesabıyla qalib gələrək üçüncü yeri tutub. Hüseyn Məmmədtağızadə (92 kq) bürünc medal görüşündə gürcüstanlı Sandro Kuraşviliyə uduzub – 1:12.
Avropa çempionatının son qarşılaşmasında Yusif Dursunov (125 kq) rusiyalı Soslan Qabuyevlə üz-üzə gəlib. Final gərgin mübarizə şəraitində keçib. Görüşdə 0:3 hesabıyla geri düşən həmyerlimiz əsl əzmkarlıq göstərərək geridönüş edib. Yekunda 4:3 hesablı qələbə qazanan Yusif U-20 Avropa çempionu olub.
Oxşar xəbərlər
Polis Günündə də post başında – Bakının küçələrindən diqqətçəkən FOTOLAR
Üzgüçülük üzrə Azərbaycan çempionatı başa çatıb - YENİLƏNİB
Şəhid olmuş bir qrup hərbi qulluqçu və mülki işçi ölümündən sonra təltif olunub
III MDB Oyunları: Üzgüçülüyün daha iki növündə medalçılar müəyyənləşib
İlham Əliyev Türküstanda TDT-nin qeyri-rəsmi Zirvə görüşündə iştirak edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Ağ Evin Jurnalistlər Assosiasiyası NYT əməkdaşlarının məhkəməyə çağırılmasını tənqid edib
-
ABŞ İrana qarşı üçüncü zərbələr dalğasını başa çatdırıb
-
Ot tayaları yandı, yük maşını yararsız hala düşdü
-
Aİ Çindən asılılığı azaltmaq istəyən şirkətlər üçün dəstək mexanizmi hazırlayır
-
Azərbaycanda tanınmış musiqiçi vəfat edib
-
"Kızılcık Şerbeti"nin aktyoru yeni serialda













