Azərbaycanın sərbəst güləş millisi iki rekordu yeniləyib
Far.Az xəbər saytı

Azərbaycanın sərbəst güləş millisi iki rekordu yeniləyib


Azərbaycanın sərbəst güləş millisi Şimali Makedoniyanın paytaxtı Skopyedə keçirilən U-20 Avropa çempionatında tarixi uğura imza atıb.

"Report" xəbər verir ki, yığmamız 2 qızıl, 2 gümüş və 4 bürünc medal qazanıb və 170 xal toplayaraq komanda hesabında Rusiyadan (194) sonra ikinci yeri tutub.

Ermənistan (118) isə üçüncü pillədə qərarlaşıb.

Millimiz bu nəticə ilə 2 rekordu yeniləyib. Belə ki, gənclərdən ibarət komandamız medalların sayına və topladığı xala görə özünün ən yaxşı nəticəsinə imza atıb.

Xatırladaq ki, böyük məşqçi Əşrəf Əliyev, məşqçilər Rövşən Hacıyev, Nazim Əlicanov və Əsgərxan Novruzovun rəhbərliyi altında Hacı Kərimov (70 kq) və Yusif Dursunov (125 kq) qızıl, Camal Abbasovla (61 kq) Nurlan Ağazadə (74 kq) gümüş, Muhəmməd İsmayılov (57 kq), Bəşir Verdiyev (65 kq), Məhəmməd Abbaszadə (86 kq) və Fərhad Süleymanlı (97 kq) isə bürünc medal qazanıb.

Oxşar xəbərlər

Şəhid olmuş bir qrup hərbi qulluqçu və mülki işçi ölümündən sonra təltif olunub
Üzgüçülük üzrə Azərbaycan çempionatı başa çatıb - YENİLƏNİB
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Bakıda tanınmış şirkət bahalı maşınlarını ucuz qiymətə satışa çıxardı - SİYAHI
Xalq artisti Hacı Murad Yegizarov II Fəxri xiyabanda dəfn olunub

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər