Mixail Qusman: Şuşa Qlobal Media Forumu media əməkdaşlığı üçün nadir platformadır
Far.Az xəbər saytı

Mixail Qusman: Şuşa Qlobal Media Forumu media əməkdaşlığı üçün nadir platformadır


Şuşa Qlobal Media Forumu media nümayəndələrinin birgə əməkdaşlığı baxımından dünyada öndə gedən media platformalarından biridir.

Far.Az xəbər verir ki, bunu report-a açıqlamasında IV Şuşa Qlobal Media Forumunun iştirakçısı, rusiyalı jurnalist Mixail Qusman bildirib.

Onun sözlərinə görə, forum çərçivəsində müxtəlif istiqamətlərdə suallar gündəmə gətirilib:

"Bu gün qlobal xarakterli mesajlar Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən səsləndirildi. Dövlət başçısı forumun bütün iştirakçılarına üç saatdan artıq vaxt ayırdı. Heç bir sual cavabsız buraxılmadı. Verilən suallar olduqca müxtəlif xarakter daşıyırdı – həm lokal, həm regional məsələləri əhatə edirdi, həm Avropa kontekstini, həm də ümumilikdə beynəlxalq aspektləri özündə ehtiva edirdi. Qeyd etmək lazımdır ki, sualların hamısı son dərəcə maraqlı idi. Hətta zahirən kiçik görünən mövzulara toxunulanda belə Prezident İlham Əliyev öz cavablarında həmin məsələni o dərəcədə əhatəli şəkildə açıqlayır, dəqiq və analitik yanaşma ilə təqdim edirdi ki, əlavə sualların verilməsinə artıq ehtiyac qalmırdı".

M.Qusman həmçinin vurğulayıb ki, Şuşa Qlobal Media Forumunda təmsil olunan ölkələrin sayı hər il artım tendensiyası göstərir:

"Bu gün burada 60-a yaxın ölkənin təmsil olunduğu və 300-ə qədər iştirakçının qatıldığı bildirildi. Bunlar olduqca əhəmiyyətli göstəricilərdir. Dünyada bütün regionlardan gələn müxtəlif media nümayəndələrinə ünsiyyət qurmaq, fikirlərini bölüşmək, çıxış etmək və bu kimi imkanlar yaradan media platformaları son dərəcə azdır, demək olar ki, yox səviyyəsindədir. Məhz buna görə də bu forumun əhəmiyyətini bu gün qiymətləndirməmək mümkün deyil".

Oxşar xəbərlər

Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
İlham Əliyevin XIII Qlobal Bakı Forumunun açılış mərasimindəki çıxışının TAM MƏTNİ

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər