Dennis Yu: Azərbaycanın nə qədər böyük bir yol qət etməsi heyranedicidir
Azərbaycanın nə qədər böyük bir yol qət etməsi həqiqətən heyranedicidir.
Far.Az xəbər verir ki, bunu report-a açıqlamasında IV Şuşa Qlobal Media Forumunun iştirakçısı, "BlitzMetrics"in rəhbəri Dennis Yu deyib.
Onun sözlərinə görə, hazırda dünyada çoxlu iğtişaşlar, qarışıqlıqlar baş verir:
"Prezident İlham Əliyevin mediada açıqlıq və şəffaflıqla bağlı dəyərləri nümayiş etdirməsi, hamımızı bura dəvət etməsi bunun bariz nümunəsidir. Bu, mənim buraya ikinci gəlişimdir. Məncə, hadisələri yerindəcə təcrübə etməkdən daha yaxşı heç nə ola bilməz".
O, Qarabağa səfərinə diqqət çəkib:
"Qarabağ bölgəsində olmaq, bütün cəmiyyətin yenidən qurulduğunu görmək möhtəşəmdir. Biz məktəbləri, hava limanını, yaşayış məntəqələrini gəzdik. Məncə, Azərbaycanın nə qədər böyük bir yol qət etməsi həqiqətən heyranedicidir".
Oxşar xəbərlər
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib
İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-2
İlham Əliyevin XIII Qlobal Bakı Forumunun açılış mərasimindəki çıxışının TAM MƏTNİ
İlham Əliyevin iştirakı ilə IV Şuşa Qlobal Media Forumunun açılış mərasimi keçirilir
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib
-
Rəssam Nigar Ağabəylinin "İki dünya arasında" adlı fərdi sərgisi açılıb
-
ABŞ Konqresinin Nümayəndələr Palatasında demokratlar 258 yer qazanıb
-
WP: Respublikaçılar Trampın bir sıra təyinatlarını bloklamaq niyyətindədirlər
-
Leyla Əliyeva Hanoy Ticarət və Turizm Kollecində Bakı guşəsinin açılışından paylaşım edib
-
"Araz-Naxçıvan"a qalib gələn "Neftçi" turnir cədvəlində vahid liderə çevrilib













