Ayaz Mirzayev: Şuşada Media Forum tipli tədbirlər ölkənin beynəlxalq məkanda tərəfdaş kimi rolunu gücləndirir
IV Şuşa Qlobal Media Forumu bir daha göstərdi ki, müasir dünyada informasiya təhlükəsizliyi, həqiqətin qorunması və media diplomatiyası qlobal gündəliyin əsas məsələlərindən biridir.
Bunu "Far.Az"a forumun iştirakçısı, Azərbaycan Jurnalistlər Şəbəkəsi İctimai Birliyinin sədri Ayaz Mirzayev deyib.
O qeyd edib ki, forumun mövzusu – "Sülhün təşviqində medianın missiyası: Həqiqətin bərpası və etimadın yenidən qurulması" – təsadüfi seçilməyib.
"Bu gün dünyada baş verən informasiya müharibələri fonunda medianın məsuliyyəti əvvəlkindən daha böyükdür. Prezident İlham Əliyevin forum çərçivəsində səsləndirdiyi fikirlər də məhz bu reallıqları əhatə edirdi".
O vurğulayıb ki, dövlət başçısı Azərbaycanın regionda davamlı sülhün tərəfdarı olduğunu, bunun üçün siyasi iradə nümayiş etdirdiyini, eyni zamanda dezinformasiyaya qarşı obyektiv və faktlara əsaslanan jurnalistikanın əhəmiyyətini xüsusi vurğuladı:
"Prezidentin suallara açıq və ətraflı cavab verməsi beynəlxalq media nümayəndələrinin birbaşa məlumat əldə etməsinə, müxtəlif mövzular üzrə Azərbaycanın mövqeyini ilkin mənbədən dinləməsinə imkan yaratdı. Bu, şəffaflıq və açıq dialoq baxımından forumun ən mühüm xüsusiyyətlərindən biridir".
A.Mirzayev hesab edir ki, IV Şuşa Qlobal Media Forumunun əsas mesajı ondan ibarətdir ki, media yalnız hadisələri işıqlandıran institut deyil, həm də etimadın qurulmasına, dezinformasiyanın qarşısının alınmasına və xalqlar arasında dialoqun inkişafına töhfə verən mühüm platformadır.
"Forumun əsas nəticələri isə beynəlxalq media əməkdaşlığının genişlənməsi, peşəkar jurnalistlər arasında yeni tərəfdaşlıqların yaranması, informasiya mühitində qarşılıqlı etimadın möhkəmləndirilməsi və süni intellekt dövründə peşəkar jurnalistikanın roluna dair ortaq yanaşmaların formalaşması olacaq. Şuşa artıq yalnız Azərbaycanın mədəniyyət paytaxtı deyil, həm də qlobal media dialoqunun nüfuzlu platformalarından biri kimi öz mövqeyini daha da möhkəmləndirir".
Forum iştirakçısı bəyan edib ki, belə tədbirlər Azərbaycanın beynəlxalq informasiya məkanında etibarlı tərəfdaş kimi rolunu gücləndirir, ölkəmizin həqiqətlərinin birbaşa dünya mediasına çatdırılması və media diplomatiyasının inkişafı baxımından mühüm strateji əhəmiyyət daşıyır.
Oxşar xəbərlər
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib
Şuşada "Xarıbülbül" IX Beynəlxalq Musiqi Festivalı keçirilir
Prezident İlham Əliyev Şuşada "Yasəmən" hotelinin yeni korpusları ilə tanış olub
Vilayət Eyvazov polislərə vətəndaşların şikayətlərinin obyektiv və həssaslıqla araşdırılmasını tapşırıb
Leyla Əliyeva və Alyona Əliyeva Qubada internat tipli ümumtəhsil məktəbini və STEAM mərkəzini ziyarət ediblər
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Gəncədə zəhərlənənlərin vəziyyəti AÇIQLANDI
-
Moskva hava limanlarında 150-dən çox reys gecikdi və ya ləğv edildi
-
İlham Əliyevin iştirakı ilə IV Şuşa Qlobal Media Forumunun açılış mərasimi keçirilir
-
Vətəndaşa 26 min manat qaz borcu yazıldı: Məhkəmə qərarı icra olunmur
-
Dennis Yu: Azərbaycanın nə qədər böyük bir yol qət etməsi heyranedicidir
-
Prezident İlham Əliyev: Bizim üçün yeganə risk Azərbaycanı müəyyən avantüralara cəlb etmək cəhdləridir













