Kanat İskakov: Şuşa forumu kimi platformalarda manipulyasiyanın qarşısını almaq həll yolları tapıla bilər
Mediada dezinformasiyanın qarşısını almaq üçün dəqiq mexanizmlər olmalıdır.
"Far.Az"un Şuşaya ezam olunmuş əməkdaşı xəbər verir ki, bunu Qazaxıstanın mədəniyyət və informasiya nazirinin birinci müavini Kanat İskakov IV Şuşa Qlobal Media Forumunda deyib.
Onun sözlərinə görə, Şuşa Forumu kimi platformalar çərçivəsində ictimai rəyin manipulyasiya edilməsinin qarşısını almaq üçün ümumi həll yolları tapmalıdır:
"Çünki informasiya sahəsindəki qarşılıqlı əlaqələr göstərir ki, dezinformasiya ilə təkbaşına mübarizə aparmaq qeyri-mümkündür. Burada birgə səylər lazımdır. Bu cür strateji platformalarda, çoxtərəfli münasibətlər səviyyəsində buna nail ola bilərik".
O deyib ki, feyk informasiya və dezinformasiyanın yayılması məsələsi hər zaman olub:
"Təəssüf ki, gələcəkdə də olacaq. Həm dövlət, həm media subyektləri olaraq mütəmadi şəkildə vətəndaş cəmiyyəti və təhsil müəssisələri ilə birlikdə vətəndaşlara informasiyanı tənqidi qiymətləndirməyə və feykləri ayırd etməyə kömək edən müxtəlif proqramlar inkişaf etdirməliyik. Yeganə yolumuz tətbiq olunacaq aydın alqoritmlər və mexanizmlər hazırlamaqdır".
Oxşar xəbərlər
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib
Bakıda Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş "Türk Dünyası Həftəsi"nin açılış mərasimi olub
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Dennis Yu: Azərbaycanın nə qədər böyük bir yol qət etməsi heyranedicidir
-
Prezident İlham Əliyev: Bizim üçün yeganə risk Azərbaycanı müəyyən avantüralara cəlb etmək cəhdləridir
-
Şuşa Qlobal Forumunun mesajı budur ki, həqiqət, dialoq, etimad davamlı sülhün əsas şərtləridir
-
İlham Əliyevin media nümayəndələri ilə səmimi söhbəti
-
İlham Əliyevin sosial şəbəkə hesablarında IV Şuşa Qlobal Media Forumundan paylaşım edilib
-
Şamaxıda Yay Fest 2026-ya start verildi













