Paralimpiya çempionu İmaməddin Xəlilov dünya reytinqində liderliyini qoruyub
Azərbaycan təmsilçisi İmaməddin Xəlilov Dünya Parataekvondo Federasiyasının açıqladığı reytinqdə liderliyini qoruyub.
"Far.Az" xəbər verir ki, bu barədə Azərbaycan Milli Paralimpiya Komitəsi məlumat yayıb.
70 kq çəki dərəcəsində yer alan paralimpiya çempionu 495.75 xalla birinci pillədə qərarlaşıb.
58 kq çəki dərəcəsində isə paralimpiadanın bürünc medalçısı Sabir Zeynalov iyun ayında iştirak etdiyi iki turnirdə qazandığı 2 qızıl medal sayəsində reytinqini 381.15 xala yüksəldərək bir pillə irəliləyib və ikinci yerə yüksəlib.
63 kq çəki dərəcəsində Amin Əliyev 52.91 xalla bir pillə irəliləyərək 21-ci yerə yüksəlib. Amin Şıxalıyev 39.71 xalla 23-cü sırada qərarlaşıb. Orxan Cəfərov 80 kq çəki dərəcəsində 45.83 xalla 24-cü pillədəki mövqeyini qoruyub.
Qadınların 47 kq çəki dərəcəsində çıxış edən Səmayə Həsənova 42.32 xalla iki pillə irəliləyərək 20-ci sıraya yüksəlib.
Oxşar xəbərlər
Üzgüçülük üzrə Azərbaycan çempionatı başa çatıb - YENİLƏNİB
Prezident İlham Əliyev Bakı Enerji Həftəsinin rəsmi açılış mərasimində iştirak edib
Şəhid olmuş bir qrup hərbi qulluqçu və mülki işçi ölümündən sonra təltif olunub
İlham Əliyev Cəbrayılın Horovlu kəndinin birinci mərhələsinin açılışında iştirak edib
Bakıda WUF13-ün Sessiyasının açılış mərasimi keçirilib, Prezident İlham Əliyev çıxış edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Özcan Denizin həyat yoldaşı 3 yaşlı bacısı oğlunun yasına gedə bilmədi
-
Sadiq Əliyev kimdir? Maliyyə nazirinin yeni müavini haqqında DOSYE
-
Salyanda məktəb binasını yandırmağa cəhd edən şəxslər həbs edilib
-
Roman Abramoviç Bakıya gəlib
-
Türkiyə Feridun Sinirlioğlunun BMT-nin baş katibi vəzifəsinə namizədliyini irəli sürüb
-
Bolqarıstandan İstanbula turist aparan avtobus TIR-a çırpılıb, 10 nəfər yaralanıb













