ADA Məktəbində xeyriyyə məqsədli ənənəvi Payız festivalı – "Məhsul bayramı" təşkil edilib
ADA Universitetinin nəzdində fəaliyyət göstərən ADA Məktəbində ənənəvi Payız festivalı – "Məhsul bayramı" təşkil olunub.
"Report" xəbər verir ki, festivalda Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva, eləcə də dövlət və hökumət rəsmiləri, tərəfdaş şirkətlərin nümayəndələri və ictimaiyyət nümayəndələri iştirak ediblər.
ADA Məhsul bayramı çərçivəsində Heykəltaraşlıq Simpoziumunun yekunu olaraq, ADA Məktəbində üç yeni heykəltaraşlıq əsərinin açılışı keçirilib. Əsərlərin müəllifləri Azərbaycan heykəltaraşları Kamran Əsədov, Müşfiq Heydərov və İmran Mehdiyevdir. Layihənin əsas məqsədi məktəbliləri yaradıcılıq prosesinə cəlb etmək, onların ideya və təxəyyüllərini heykəllərin ilkin eskizlərinin hazırlanmasında əks etdirmək olub.
Tədbirin əsas məqsədi şagird və tələbələrdə məsuliyyətli vətəndaşlıq duyğusunu formalaşdırmaq, milli-mənəvi dəyərləri təbliğ etmək, xeyriyyəçilik ənənələrini yaşatmaq və gənc nəsli erkən yaşlardan cəmiyyət üçün faydalı şəxsiyyətlər kimi yetişdirməkdir.
Tədbir bədii proqramla davam edib.
ADA Məktəbinin, Q.Əliyeva adına 3 nömrəli Uşaq İncəsənət Məktəbinin, F.Əmirov adına 6 nömrəli 11 illik Uşaq İncəsənət Məktəbinin, həmçinin 24 və 33 nömrəli 11 illik musiqi məktəblərinin şagirdlərinin hazırladıqları musiqi, rəqs və yaradıcı çıxışlar festivala xüsusi bayram əhvali-ruhiyyəsi qatıb.
Tədbir çərçivəsində ADA Məktəbinin şagirdlərinin və Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin tələbələrinin əl işlərindən, eləcə də tərəfdaş şirkətlərin məhsullarından ibarət xeyriyyə sərgi-satışı təşkil olunub. Sərgi-satışdan əldə edilən vəsait təhsilyönümlü sosial layihələrin həyata keçirilməsinə yönəldiləcək.
Qeyd edək ki, ötən il keçirilən "Məhsul bayramı"nda toplanmış 27 min 309 manat vəsait hesabına beş sosial layihə – "Zəfər Teatrı", "Hekayələr", "Qızlar evi", "Qonşuluq (Şəhərsalma)" və "Qala Cəmiyyəti" uğurla reallaşdırılıb. Əməkdaşlıq, yaradıcılıq, empatiya, psixoloji rifah və peşəyönümlü bacarıqların inkişafını əhatə edən bu layihələrdən ümumilikdə 600 nəfər faydalanıb. Festivalın əsas və daimi tərəfdaşı olan "Veysəloğlu" Şirkətlər Qrupu və ona daxil olan bizneslər – "Veysəloğlu Distribusiya", "Ulduz", "Araz" və "OBA" marketlər şəbəkələri, "Xonça", "Veysəloğlu-Rossmann", "Decoliv", "O to Go" və "Entree" tədbirə yaxından dəstək göstəriblər.
Bayramda ölkəmizin müxtəlif bölgələrində yetişdirilən meyvə-tərəvəz, çörək və şirniyyat məhsulları, digər yerli istehsal nümunələri, eləcə də qeyri-qida malları satışa çıxarılıb.
Tədbirin təşkilati dəstəkçiləri sırasında "Azərpambıq", "Təmiz Şəhər", "AZ Projects GROUP" və "Liv Bona Dea Hospital" yer alıb.
Oxşar xəbərlər
Leyla Əliyeva və Alyona Əliyeva mükafatlandırma mərasimində iştirak ediblər
Leyla Əliyeva və Arzu Əliyeva Şəkidə tarixi-memarlıq abidələrinin bərpadan sonra açılışında iştirak ediblər
Leyla Əliyeva və Arzu Əliyeva Qaxda Axar-Baxar Milli Parkının açılış mərasimində iştirak ediblər
Leyla Əliyeva və Alyona Əliyeva Qubada internat tipli ümumtəhsil məktəbini və STEAM mərkəzini ziyarət ediblər
Leyla Əliyeva, Arzu Əliyeva və Alena Əliyeva Lənkəranda ekoloji aksiyalarda iştirak ediblər
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Trampla Ərdoğan arasında telefon danışığı olub
-
Maçado: ABŞ Venesuelada seçkilərin 2027-ci ildə keçirilməsini təklif edib
-
WSJ: Ağ Ev rəhbərinə İrana yeni zərbələrlə bağlı variantlar təqdim edilib
-
"Mançester Yunayted"in baş məşqçisi: Mənə heç bir zəmanət lazım deyil
-
Yeni Suraxanı-Hövsan dəmiryol xətti bərpa ediləcək, layihələndirmə işlərinin 30 %-i yekunlaşıb
-
Bitkoinin qiyməti kripto bazarda kütləvi ləğvlər fonunda 79 min dollardan aşağı düşüb













