Vuçiç Zelenski ilə görüşmək niyyətində olduğunu bildirib
Far.Az xəbər saytı

Vuçiç Zelenski ilə görüşmək niyyətində olduğunu bildirib


Serbiya Prezidenti Aleksandr Vuçiç "Cənub-Şərqi Avropa – Ukrayna" sammitində iştirak edəcəyini və bu çərçivədə Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşmək niyyətində olduğunu bildirib.

"Report" xəbər verir ki, bu barədə Serbiyanın "Tanjug" informasiya agentliyi məlumat yayıb.

"Əlbəttə ki, əməkdaşlıq etmək yaxşıdır. Mən artıq dörd görüşdə – Odessa, Dubrovnik, Afina və Tiranada olmuşam. Lakin təklif olunan bəyannaməni və qalan hər şeyi nəzərə alsaq, bu asan olmayacaq", - Vuçiç bildirib.

Bununla belə, sammitin dəqiq harada və nə vaxt keçiriləcəyi məlum deyil.

Qeyd olunub ki, Vuçiç ilk dəfə ötən ilin iyun ayında o vaxt Odessada keçirilən "Ukrayna – Cənub-Şərqi Avropa" sammitində iştirak etmək üçün Ukraynaya səfər edib.

Bununla yanaşı, o, sammit iştirakçılarının beynəlxalq ictimaiyyəti Ukraynaya dəstəyi gücləndirməyə çağırdığı, həmçinin Ukraynanın davamlı sülhə doğru diplomatik yol tapmaq səylərini təsdiqlədiyi yekun bəyannaməni imzalamayıb. Serbiya lideri bildirib ki, Belqrad Ukraynanın ərazi bütövlüyünü qətiyyətlə dəstəkləyir və Kiyev həmişə Serbiyanın humanitar yardımına və siyasi dəstəyinə arxalana bilər.

Oxşar xəbərlər

Heydər Əliyev Fondunun dəstəyi ilə alınan musiqi alətlərinin təqdimatı olub
“Dövlət informasiya ehtiyatlarının və sistemlərinin Nümunəvi Əsasnaməsi” təsdiq edilib
Prezident İlham Əliyev Yaxın Şərq Sülh Sammitində iştirak edib
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər