İran böhranı nefti bahalaşdırdı: Azərbaycanı nə gözləyir?
İran ətrafında davam edən hərbi gərginlik və Hörmüz boğazında yaranan risklər qlobal enerji bazarında ciddi təsirlər yaradır.
BAKU.WS-in məlumatına görə, son dövrlərdə "Brent" markalı neftin bir barelinin qiymətinin yenidən 80 dollar səviyyəsinə yüksəlməsi göstərir ki, münaqişənin uzanması və coğrafiyasının genişlənməsi ehtimalı bazarlarda qeyri-müəyyənliyi artırır.
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov hesab edir ki, Hörmüz boğazı dünya enerji tədarükünün əsas marşrutlarından biri olduğuna görə, burada yaranan istənilən çətinlik neft və təbii qazın qiymətlərinə birbaşa təsir edir:
"Eyni zamanda, yükdaşımaların mürəkkəbləşməsi logistika xərclərini artırır ki, bu da qlobal bazarlarda bir sıra məhsulların bahalaşmasına səbəb olur.
Azərbaycan hər zaman regionda sülhün, sabitliyin və əməkdaşlığın tərəfdarı olub. Ölkəmizin mövqeyi ondan ibarətdir ki, regional və beynəlxalq münaqişələr yalnız dialoq və diplomatik yollarla həll edilməlidir. Prezident İlham Əliyev də Şuşada keçirilən Qlobal Media Forumunda çıxışı zamanı regional müharibələrin mümkün qədər tez başa çatmasının vacibliyini bir daha vurğulayıb.
Neft qiymətlərinin yüksəlməsi Azərbaycan iqtisadiyyatına həm müsbət, həm də mənfi təsir göstərir. Bir tərəfdən, ixrac gəlirləri artır, Dövlət Neft Fonduna daha çox vəsait daxil olur və ölkəyə əlavə valyuta axını təmin edilir. Bu, dövlət büdcəsinin gəlirlərinin artmasına və maliyyə dayanıqlığının güclənməsinə müsbət təsir göstərir.
Digər tərəfdən isə bahalaşan enerji daşıyıcıları qlobal inflyasiyanı sürətləndirir və bu proses idxal olunan məhsulların qiymətlərinə də təsirsiz ötüşmür. Nəticədə, Azərbaycanda da xaricdən gətirilən bəzi malların maya dəyəri artır. Dövlət tərəfindən qiymət artımlarının təsirini minimuma endirmək və daxili bazarda sabitliyi qorumaq istiqamətində müvafiq tədbirlər görülsə də, qlobal enerji bazarındakı dəyişikliklər ölkə iqtisadiyyatına dolayısı ilə təsir göstərməkdə davam edir.
Ümumilikdə, neftin yüksək qiyməti qısamüddətli dövrdə Azərbaycan üçün əlavə gəlir mənbəyi yaratsa da, uzunmüddətli perspektivdə regional sabitliyin bərpası və enerji bazarlarında tarazlığın qorunması həm ölkəmiz, həm də dünya iqtisadiyyatı üçün daha vacib amil olaraq qalır".
Oxşar xəbərlər
İlham Əliyev "Bakı Enerji Həftəsi"nin rəsmi açılış mərasimində iştirak edib - YENİLƏNİB-3
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
ABŞ-də "Zərrab işi"ndə FİNAL - Doqquz il sonra...
-
Hikmət Hacıyev: Süni intellekt artıq reallığa çevrilib
-
Kiyev son bir həftədə Rusiyaya gündə 850 dəfəyə qədər zərbə endirib
-
Hörmüzdə gərginlik artır: İran tankerlər və ABŞ bazalarını vurdu
-
Beynəlxalq dil sertifikatları tanınmır? - DİM-dən açıqlama
-
UEFA Çempionlar Liqası: "Sabah" I təsnifat mərhələsinin cavab oyununda TNS ilə üz-üzə gəlir













