Məzuniyyətə çıxmayanların nəzərinə - Həkim xəbərdarlıq etdi
Far.Az xəbər saytı

Məzuniyyətə çıxmayanların nəzərinə - Həkim xəbərdarlıq etdi


Həddindən artıq işləmək və istirahətə vaxt ayırmamaq təkcə psixoloji deyil, fiziki sağlamlıq üçün də ciddi təhlükə yaradır.

Far.Az-in məlumatına görə, təcili tibbi yardım həkimi və tibbi bloqer Dmitri Molodoy hesab edir ki, işkoliklik bəzi hallarda mütəxəssislər tərəfindən psixi sağlamlıq pozuntusu kimi qiymətləndirilə və hətta psixiatrik müalicə tələb edə bilər.

Onun sözlərinə görə, davamlı yorğunluq, yuxululuq və əsəbilik orqanizmin artıq istirahətə ehtiyac duyduğunu göstərən əsas siqnallardır. Bu əlamətlərə məhəl qoyulmaması isə daha ciddi fəsadlara yol aça bilər.

Həkim vurğulayıb ki, uzunmüddətli həddindən artıq iş yükü infarkt, insult, sinir sistemi pozğunluqları, eləcə də mədə-bağırsaq xəstəlikləri, o cümlədən qastrit və mədə xorasının yaranma riskini artırır.

Mütəxəssis qeyd edib ki, fasiləsiz işləmək məhsuldarlığı da aşağı salır. Onun fikrincə, bir neçə işdə çalışan, məzuniyyətə çıxmayan və kifayət qədər yatmayan insanlar daha səmərəli deyil, əksinə, həm öz sağlamlıqlarına zərər vurur, həm də iş keyfiyyəti baxımından gözlənilən nəticəni verə bilmirlər.

Həkim balanslı iş qrafikinin, kifayət qədər yuxunun və müntəzəm istirahətin həm sağlamlığın qorunması, həm də yüksək əmək məhsuldarlığının təmin olunması üçün vacib olduğunu qeyd edib.

Oxşar xəbərlər

Qarabağda işləmək istəyənlərin NƏZƏRİNƏ! - Maaş 1250 AZN-dək
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Həyatda yaxşı şeyləri niyə görmürük? - Tanınmış simaların FİKİRLƏRİ
Gələcəyə ümidlə baxan uşaqların sağlamlıq arzusu burada gerçəkləşə bilər

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər