Rusiyaya qarşı nəzərdə tutulan sanksiyalar İran və "Hizbullah"a da tətbiq edilə bilər
Far.Az xəbər saytı

Rusiyaya qarşı nəzərdə tutulan sanksiyalar İran və "Hizbullah"a da tətbiq edilə bilər


İran və "Hizbullah" qruplaşması hazırda ABŞ Konqresi tərəfindən nəzərdən keçirilən anti-Rusiya sanksiyaları haqqında qanun layihəsinə əlavə edilə bilər.

"Report" xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp Ağ Evdə İraqın Baş naziri Əli əl-Zeydi ilə keçirilən birgə mətbuat konfransında çıxış edərkən bildirib.

"Bu, Lindsinin (mərhum senator Lindsi Qrem - red.) xatirəsinədir. O, bunu dünyada hər şeydən çox istəyirdi", - o, jurnalistlərə deyib.

Ağ Ev rəhbəri həmçinin ABŞ-nin İranı hərbi potensialının böyük hissəsindən məhrum etdiyini bir daha bəyan edib. Tramp həmçinin münaqişənin növbəti eskalasiyasına görə məsuliyyətin İran tərəfinin üzərinə düşdüyünü vurğulayıb:

"Mən onlara razılaşma əldə etmək üçün şans vermək istəyirdim. Birinci onlar atəş açdılar və bu böyük səhv idi, çünki biz onları yaxşıca əzişdirdik. Bunlar çox təhlükəli insanlardır".

Daha əvvəl CNN yazıb ki, Tramp bu yaxınlarda vəfat edən senator Lindsi Qremin irəli sürdüyü Rusiyaya qarşı sanksiyalar paketinin qəbul edilməsini dəstəkləyəcək.

Oxşar xəbərlər

"Kağız gətir - kitab apar" sosial-ekoloji layihəsinə start verildi
Prezident İlham Əliyev Xocalıda hərbi qulluqçular üçün nəzərdə tutulan fərdi evlərdə yaradılmış şəraitlə tanış olub
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər