“Yonhap”: KXDR ballistik raket buraxıb
Far.Az xəbər saytı

“Yonhap”: KXDR ballistik raket buraxıb


Koreya Xalq Demokratik Respublikası (KXDR) balistik raket atışı həyata keçirib.

“Report”un məlumatına görə, bu barədə “Yonhap” agentliyi xəbər yayıb.

Agentliyin məlumatına əsasən, buraxılış Yapon dənizinə doğru həyata keçirilib.

Xatırladaq ki, Şimali Koreya sentyabrın 18-də də bir neçə qısamənzilli ballistik raket buraxıb. Raketlər Pxenyan-Namdo əyalətinin Keçxon şəhəri yaxınlığından şimal-şərq istiqamətində buraxılıb. Koreya Respublikası Silahlı Qüvvələrinin Qərargah Rəisləri Komitəsi əlavə buraxılışlara hazır olduqlarını və ABŞ və Yaponiya ilə məlumat mübadiləsi apardıqlarını bildirib. Seulun məlumatına görə, uçuş məsafəsi təxminən 400 km təşkil edib.

Oxşar xəbərlər

Şimali Koreya bir neçə qısamənzilli ballistik raket buraxıb
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Seul KXDR-in Cənubi Koreyaya gedən yolları partladacağını güman edir
Şimali Koreya növbəti dəfə ballistik raket buraxıb
KXDR Koreya Respublikası ilə əlaqəni tamamilə kəsib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər