Şimali Koreya bir neçə qısamənzilli ballistik raket buraxıb
Far.Az xəbər saytı

Şimali Koreya bir neçə qısamənzilli ballistik raket buraxıb


KXDR şimal-şərq istiqamətində “bir neçə qısamənzilli ballistik raket” buraxıb.

“Far.Az” xəbər verir ki, bu barədə “Yonhap” agentliyi Cənubi Koreya hərbçilərinə istinadən məlumat yayıb.

Bildirilib ki, raketlər yerli vaxtla təxminən saat 06:50-də (Bakı vaxtı ilə 01:50) Pxenyan-Namdo əyalətinin Keçxon şəhəri yaxınlığından şimal-şərq istiqamətində buraxılıb. Koreya Respublikası Silahlı Qüvvələrinin Qərargah Rəisləri Komitəsi əlavə buraxılışlara hazır olduqlarını və ABŞ və Yaponiya ilə məlumat mübadiləsi apardıqlarını bildirib.

Seulun məlumatına görə, uçuş məsafəsi təxminən 400 km təşkil edib.

Daha əvvəl Yaponiya iqtidarı iki ballistik raketin buraxıldığını bildirmişdi.

Oxşar xəbərlər

Şimali Koreya növbəti dəfə ballistik raket buraxıb
Pxenyan Vaşinqtonla nüvə qarşıdurmasına hazır olduğunu açıqlayıb
Toyota Prius: Hibrid Avtomobillərin atası
Daşkənddə Azərbaycan və Özbəkistan prezidentlərinin işgüzar dairələrin nümayəndələri ilə görüşü keçirilib - YENİLƏNİB - 2
KXDR-in pilotsuz təyyarələrə qarşı sistemi bütün Cənubi Koreyada tətbiq olunur

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər