Şuşadan verilən mesajlar Bakı-Bratislava əməkdaşlığını yeni mərhələyə yüksəltdi - RƏY
Prezident İlham Əliyevin Slovakiya Prezidenti Peter Pelleqrini ilə Şuşada keçirdiyi görüş və mətbuata bəyanatı Azərbaycan-Slovakiya münasibətlərinin artıq konkret siyasi, iqtisadi və strateji məzmun qazandığını bir daha nümayiş etdirdi.
Far.Az xəbər verir ki, bunu "Report"a açıqlamasında Milli Məclisinin deputat Elnarə Akimova deyib.
Deputat qeyd edib ki, Şuşada səsləndirilən mesajlarda Bakı ilə Bratislava arasında formalaşan tərəfdaşlıq Cənubi Qafqaz ilə Mərkəzi Avropa arasında qarşılıqlı etimad, ortaq maraqlar və uzunmüddətli əməkdaşlıq üzərində qurulan yeni siyasi xəttə çevrilməkdədir:
"Dövlət başçısının vurğuladığı kimi, Slovakiya ilə Azərbaycan arasında siyasi dialoq artıq müntəzəm xarakter alıb. Son illərdə yüksək səviyyəli qarşılıqlı səfərlərin intensivləşməsi, dövlət və hökumət rəhbərlərinin davamlı təmasları, parlamentlərarası əlaqələrin genişlənməsi və müxtəlif sahələr üzrə nümayəndə heyətlərinin fəal əməkdaşlığı münasibətlərin institusional əsaslarının möhkəmləndiyini göstərir".
E. Akimova bildirib ki, 2024-cü ildə Azərbaycan və Slovakiya arasında Strateji Tərəfdaşlığın Qurulmasına dair Birgə Bəyannamənin imzalanması münasibətlər tarixində mühüm dönüş nöqtəsi olub:
"Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, bu sənəd kağız üzərində qalan siyasi niyyət deyil, artıq həyata keçirilən konkret layihələr və fəal siyasi dialoq vasitəsilə öz real təsdiqini tapır. Strateji tərəfdaşlıq statusu iki ölkənin regional və beynəlxalq məsələlərdə bir-birinə etibarlı tərəfdaş kimi yanaşdığını göstərən mühüm siyasi göstəricidir".
Deputatın sözlərinə görə, Şuşa görüşünün diqqətçəkən məqamlarından biri Slovakiyanın Qarabağın bərpasında iştirakına verilən yüksək qiymət olub:
"Prezident İlham Əliyev Slovakiya şirkətinin Ağdam rayonunun Baş Qərvənd kəndində həyata keçirdiyi "Ağıllı kənd" layihəsini xüsusi qeyd edərək, bunun Azərbaycanın işğaldan azad olunmuş ərazilərinin yenidən qurulmasına verilən praktiki dəstəyin nümunəsi olduğunu vurğuladı. Bu layihə Slovakiyanın Azərbaycanın postmünaqişə dövründə həyata keçirdiyi genişmiqyaslı bərpa proqramına qoşulan Avropa ölkələrindən biri kimi çıxış etdiyini göstərir. Energetika da Bakı-Bratislava əməkdaşlığının əsas istiqamətlərindən biri kimi ön plana çıxır. Avropanın enerji təhlükəsizliyinin aktuallıq qazandığı indiki dövrdə Azərbaycan etibarlı enerji tərəfdaşı kimi öz mövqeyini daha da möhkəmləndirib".
Milli Məclisinin deputatı qeyd edib ki, Prezident İlham Əliyevin çıxışında xüsusi diqqət çəkən məqamlardan biri də Peter Pelleqrinin müxtəlif vəzifələrdə olarkən Azərbaycana dəfələrlə səfər etməsini xatırlatması olub:
"Şəxsi siyasi etimadın formalaşmasına, qarşılıqlı anlaşmanın möhkəmlənməsinə və münasibətlərin davamlı inkişafına mühüm töhfə verir. Prezident Pelleqrinin COP29 tədbirində iştirakı, indi isə rəsmi səfər çərçivəsində Qarabağa gəlməsi Slovakiyanın Azərbaycanla əməkdaşlığa verdiyi siyasi önəmin göstəricisidir. Bu gün Azərbaycan-Slovakiya münasibətləri təkcə iki ölkə arasında əlaqələrin inkişafı deyil, həm də Avropa ilə Cənubi Qafqaz arasında etimad körpüsünün möhkəmləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Şuşadan səslənən mesajlar isə göstərdi ki, bu tərəfdaşlığın gələcəyi kifayət qədər geniş perspektivlərə malikdir və qarşıdakı illərdə siyasi dialoq, iqtisadi əməkdaşlıq, enerji təhlükəsizliyi, bərpa layihələri və regional sabitlik istiqamətində yeni uğurlara zəmin yaradacaq".
Oxşar xəbərlər
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
İlham Əliyev və Peter Pelleqrini Bratislavada Devin qəsrində olublar
Prezident İlham Əliyev Şuşada "Yasəmən" hotelinin yeni korpusları ilə tanış olub
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
İlham Əliyevin iştirakı ilə İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının açılış mərasimi keçirilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Sabah" UEFA Çempionlar Liqasında II təsnifat mərhələsinə vəsiqə qazanıb
-
"Qarabağ"ın sabiq hücumçusu Duran "Seltik"də ilk qolunu vurdu
-
Daha yeddi dövlət qurumu tətbiqinin işi dayandırılacaq
-
Zinəddin Zidan DÇ-2026-dan sonra Fransa millisini çalışdıracaq
-
"Qəbələ" yoxlama oyununda "Kəpəz"i məğlub edib
-
"Sabah"ın 103 yaşlı rəqibi: 8 dəfə Finlandiya çempionu olan "KuPS" - TANITMA













