Xankəndidə tapdığı sursatı laqunda ilə evdə doğradı, partlayış baş verdi: Otaq yoldaşı öldü
Xankəndi şəhərində yanğınla nəticələnən partlayış olub.
Far.Az Oxu.Az-a istinadən xəbər verir ki, hadisə şəhər ərazisində fəhlələrin məskunlaşdığı binada ehtiyatsızlıq nəticəsində baş verib.
Belə ki, Xankəndidəki tikinti şirkətlərindən birində fəhlə işləyən Abşeron rayon sakini - 1983-cü il təvəllüdlü Rəşad Əliyev inşaat sahəsində kiplənmiş barıt tapıb. O, həmin əşyanı götürüb və yaşadığı evdə gizlədib. Bir müddətdən sonra o yaşadığı Abşeron rayonu Şəfəq qəsəbəsindəki evinə gəlməyə hazırlaşarkən həmin əşyanı da özü ilə götürmək istəyib. Lakin onun ölçüsü böyük olduğundan çantasına yerləşməyib. Rəşad həmin əşyanı hissələrə bölmək qərarına gəlib və bu məqsədlə evdəki laqunda ilə kəsərək hissələrə ayırmağa çalışıb. Bu zaman barıtda alışma yaranıb və partlayışla nəticələnən yanğın hadisəsi baş verib. Hadisə nəticəsində Rəşad və onunla birlikdə otaqda olan iş yoldaşı İsgəndər Hüseynov ağır yanıq xəsarətləri alıblar.
Yaralılar xəstəxanaya çatdırılsalar da İ.Hüseynovun həyatını xilas etmək mümkün olmayıb. O, aldığı yanıq xəsarətlərindən xəstəxanada dünyasını dəyişib.
Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə hadisəni törətməkdə şübhəli bilinən Rəşad Əliyev saxlanılıb.
Faktla bağlı cinayət işi başlanılıb və iş məhkəməyə göndərilib. Məhkəmənin hökmü ilə R.Əliyev ehtiyatsızlıqdan adam öldürməkdə təqsirli bilinərək iki il müddətinə azadlıqdan məhrum edilib.
O, cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkəcək.
Oxşar xəbərlər
Prezident İlham Əliyev Xankəndi şəhərində Zəfər parkının açılışında iştirak edib
Prezident İlham Əliyev Xankəndidə əsaslı şəkildə yenidən qurulmuş Mədəniyyət Mərkəzinin açılışında iştirak edib
Xankəndidə Zəfər atəşfəşanlığı
Lökbatanda anbardakı yanğınla bağlı əməliyyat qərargahı yaradıldı - YENİLƏNİB-4
Prezident İlham Əliyev Bakı Olimpiya Stadionunun ərazisində WUF13 ilə bağlı görülən işlərlə tanış olub
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Sabah" UEFA Çempionlar Liqasında II təsnifat mərhələsinə vəsiqə qazanıb
-
"Qarabağ"ın sabiq hücumçusu Duran "Seltik"də ilk qolunu vurdu
-
Daha yeddi dövlət qurumu tətbiqinin işi dayandırılacaq
-
Zinəddin Zidan DÇ-2026-dan sonra Fransa millisini çalışdıracaq
-
"Sabah"ın 103 yaşlı rəqibi: 8 dəfə Finlandiya çempionu olan "KuPS" - TANITMA
-
"Qəbələ" yoxlama oyununda "Kəpəz"i məğlub edib













