Şuşa - media dialoqunun paytaxtı
İşğaldan azad edilmiş Azərbaycanın incisi - qədim Şuşa şəhəri ardıcıl olaraq intellektual mərkəzə çevrilir. Buna, şübhəsiz ki, burada hər il keçirilən Şuşa Qlobal Media Forumunun da böyük təsiri var.
BAKU.WS xəbər verir ki, bu barədə Caliber.Az "YouTube" kanalının növbəti buraxılışında danışılır.
"Bu ilin 13-14 iyul tarixlərində Qarabağın tacı sayılan Şuşada sayca dördüncü media forumu keçirilib. Tədbirdə dünyanın 53 ölkəsindən 160 qonaq iştirak edib. Onların arasında 30 xəbər agentliyinin, 60 media qurumunun və 10 beynəlxalq təşkilatın nümayəndələri olub.
Onların hamısı Şuşaya müasir dövrün ən vacib məsələlərindən birini - medianın sülhün təşviqində, həqiqətin bərpasında və etimadın yenidən qurulmasında rolunu müzakirə etmək üçün gəliblər. Çünki bu gün münaqişələr yalnız döyüş meydanlarında və diplomatik cəbhədə deyil, həm də efirdə, xəbər lentlərində və sosial şəbəkələrdə gedir.
Azərbaycanın regionda, xüsusilə media sahəsində oynadığı rolu nəzərə alsaq, belə müzakirələr üçün Şuşadan daha simvolik məkan təsəvvür etmək çətindir", - materialda qeyd olunur.
Oxşar xəbərlər
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib
Bakıda D-8 ölkələrinin Gənclər Dialoqunun rəsmi açılış mərasimi keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Sabah" UEFA Çempionlar Liqasında II təsnifat mərhələsinə vəsiqə qazanıb
-
"Qarabağ"ın sabiq hücumçusu Duran "Seltik"də ilk qolunu vurdu
-
Daha yeddi dövlət qurumu tətbiqinin işi dayandırılacaq
-
Zinəddin Zidan DÇ-2026-dan sonra Fransa millisini çalışdıracaq
-
"Sabah"ın 103 yaşlı rəqibi: 8 dəfə Finlandiya çempionu olan "KuPS" - TANITMA
-
Şəmkir sakini nisyə ərzaq ala bilmədiyi mağazanı yandırdı













