Ülvi Mehdiyev: "ASAN xidmət mərkəzlərinin sayı ölkə əhalisi üçün kifayətdir"
Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev Baku TV-yə verdiyi müsahibədə "ASAN xidmət"in hazırkı fəaliyyətini və əhatə dairəsini dəyərləndirib.
Far.Az xəbər verir ki, agentlik sədrinin sözlərinə görə, 2012-ci ildə Prezident İlham Əliyevin Sərəncamı ilə əsası qoyulan "ASAN xidmət"in əsas məqsədi vətəndaşlara şəffaf, operativ və bürokratiyadan uzaq xidmət göstərmək, eləcə də dövlət qulluqçusu-vətəndaş münasibətlərini yeni müstəvidə qurmaq olub. Ötən müddət ərzində bu sistem həm keyfiyyət, həm də kəmiyyət baxımından əhəmiyyətli dərəcədə genişlənib.
"Hazırda ölkə üzrə 28 "ASAN xidmət" və 3 "ASAN kommunal" mərkəzi olmaqla, ümumilikdə 31 mərkəz vətəndaşların ixtiyarındadır. Mərkəzlərin regionlarda fəaliyyət göstərməsi və vətəndaşların qeydiyyat yerindən asılı olmayaraq xidmət alması imkanları sistemi daha da əlçatan edib.
Bundan əlavə, mərkəzi olmayan rayonlara ezam olunan 10 səyyar "ASAN xidmət" avtobusu da tələbatdan asılı olaraq bölgələrdə xidmət göstərir. Mövcud şəbəkə ölkəni tam əhatə etdiyi üçün hazırkı mərhələdə mərkəzlərin sayının artırılmasına ehtiyac duyulmur".
Oxşar xəbərlər
Ülvi Mehdiyev Baku TV-yə müsahibə verib
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
Prezident İlham Əliyev Bakı Enerji Həftəsinin rəsmi açılış mərasimində iştirak edib
İlham Əliyevin iştirakı ilə İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının açılış mərasimi keçirilib
Elnur Bağırov: "Azərbaycanda keyfiyyət infrastrukturu sistemli inkişaf mərhələsinə keçib" - MÜSAHİBƏ
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Tanınmış rəqqas Nicat Azadlı xanımına şiddət göstərdi - Polis araşdırma aparır
-
Fransada məktəblərdə ETİRAZ - 100-dən çox təhsil müəssisəsinə ziyan dəyib
-
Bakının iki rayonunda işıq kəsiləcək
-
Hikmət Hacıyev: Hazırda Bakı ilə Moskva arasında münasibətlər sabitdir
-
Ayxan Abbasov: Vəziyyətdən çıxmağın yolu Litva ilə oyunda qələbə qazanmaqdır
-
Coratda qadın qətlə yetirilib, əri şübhəli bilinir













