Tomas Tuxel: "Düşünmürəm ki, problem taktiki quruluşda idi"
İngiltərənin Argentinaya məğlub olduğu matçda problem taktiki quruluşda olmayıb.
"Report" xarici mediaya istinadən xəbər verir ki, bunu ingilislərin baş məşqçisi Tomas Tuxel Argentinaya qarşı DÇ-2026-nın yarımfinal mərhələsinin oyunundan sonra deyib.
Mütəxəssis uduzduqları oyunu şərh edib:
"Əlbəttə, ikinci qolu vurmaq istəyirdik. Amma hesab etdim ki, hücum xəttini gücləndirmək oyunun gedişatını dəyişməyəcək. 4-4-2 düzülüşündə oynamağa davam etdik. Lakin getdikcə daha passiv təsir bağışladıq. Nə topu qazana, nə də onu nəzarətdə saxlaya bildik. Düşünmürəm ki, problem taktiki quruluşda idi, çünki heç nəyi dəyişməmişdik. Sadəcə, oyunun gedişatı tamamilə dəyişdi".
Qeyd edək ki, Argentina İngiltərə seçməsinə 2:1 hesabı ilə qalib gələrək finala adlayıb.
Oxşar xəbərlər
Azərbaycanın və BƏƏ prezidentləri Əbu-Dabidə "Sülh Qalxanı – 2026" birgə əməliyyat-taktiki təlimini izləyiblər
İlham Əliyev Cəbrayılın Horovlu kəndinin birinci mərhələsinin açılışında iştirak edib
DÇ-2026: İngiltərə Konqo üzərində əzmkar qələbə qazanaraq 1/8 finala adlayıb - YENİLƏNİB-6
DYMX Neft Emalı Zavodunda yanğın-taktiki təlim keçirib
DÇ-2026: Argentina İngiltərəyə qalib gələrək növbəti finalçı olub - YENİLƏNİB-6
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Daha yeddi dövlət qurumu tətbiqinin işi dayandırılacaq
-
Şəmkir sakini nisyə ərzaq ala bilmədiyi mağazanı yandırdı
-
"Sabah"ın 103 yaşlı rəqibi: 8 dəfə Finlandiya çempionu olan "KuPS" - TANITMA
-
İntensiv yağış yağacaq, sel keçəcək - Əhaliyə XƏBƏRDARLIQ
-
Nilüferin övladlığa götürdüyü 26 yaşlı qızı evləndi
-
Əməkdar artistin evində yanğın olub













