Azərbaycan ilə "UN-Habitat" arasında Şərqi Zəngəzurun dayanıqlı inkişafına dair saziş imzalanıb
BMT-nin Nyu-Yorkdakı mənzil-qərargahında Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi ilə BMT-nin Məskunlaşma Proqramı (UN-Habitat) arasında "Azərbaycan Respublikasının Şərqi Zəngəzur iqtisadi rayonunda ağıllı, davamlı və inklüziv yaşayış məntəqələrinə doğru - dayanıqlı şəhər inkişafı üçün inteqrəolunmuş ərazi planlaşdırması" layihəsi üzrə Töhfə Sazişi imzalanıb.
BAKU.WS AZƏRTAC-a istinadla xəbər verir ki, sənədi Komitə sədri Anar Quliyev və "UN-Habitat"ın icraçı direktoru Anaklaudiya Rossbax imzalayıblar.
Saziş Azərbaycan ilə "UN-Habitat" arasında əməkdaşlığın yeni mərhələsinin əsasını qoyur. Bununla "UN-Habitat" Azərbaycanın işğaldan azad edilmiş ərazilərində yaşayış məntəqələrinin layihələndirilməsi prosesində birbaşa iştirak edəcək. Bu əməkdaşlıq Böyük Qayıdışa dair II Dövlət Proqramı çərçivəsində doğma yurdlarına qayıdan sakinlər üçün daha dayanıqlı və insanmərkəzli yaşayış mühitinin formalaşdırılmasına töhfə verəcək.
Saziş çərçivəsində "UN-Habitat"ın beynəlxalq ekspertləri azərbaycanlı mütəxəssislərlə birlikdə Cəbrayıl rayonunun Quycaq və Kəlbəcər rayonunun Mollabayramlı kəndləri üzrə ərazi planlaşdırılması sənədlərini birgə hazırlayacaqlar. Bununla yanaşı, Qarabağ və Şərqi Zəngəzurda dayanıqlı yaşayış məntəqələrinin layihələndirilməsi üzrə müasir yanaşmalar beynəlxalq peşəkar təşkilatların tövsiyələri nəzərə alınmaqla təkmilləşdiriləcək.
Əməkdaşlığın mühüm istiqamətlərindən biri də milli insan kapitalının və institusional potensialın gücləndirilməsidir. Bu məqsədlə beynəlxalq ekspertlərin iştirakı ilə şəhərsalma, ərazi planlaşdırılması və dayanıqlı inkişaf sahələrində fəaliyyət göstərən azərbaycanlı mütəxəssislər üçün təlimlər və praktiki seminarlar təşkil olunacaq. Bu isə qabaqcıl beynəlxalq təcrübənin ölkəmizdə tətbiqinə, yerli mütəxəssislərin bilik və bacarıqlarının, eyni zamanda, işğaldan azad edilmiş ərazilərin bərpası və inkişafı istiqamətində uzunmüddətli milli ekspert potensialının artırılmasına imkan yaradacaq.
İmzalanma mərasimindən əvvəl Anar Quliyev və Anaklaudiya Rossbax arasında ikitərəfli görüş keçirilib. Görüşdə Azərbaycan ilə "UN-Habitat" arasında şəhərsalma, məkan planlaşdırılması, dayanıqlı urbanizasiya və iqlim dəyişikliklərinə davamlı şəhərlərin inkişafı sahəsində əməkdaşlığın cari vəziyyəti və perspektivləri müzakirə olunub. Tərəflər, həmçinin cari ilin may ayında Bakıda keçirilmiş Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) və COP29 çərçivəsində irəli sürülmüş şəhərsalma təşəbbüslərinin nəticələrini nəzərdən keçirərək, bu istiqamətdə əməkdaşlığın davam etdirilməsinin vacibliyini vurğulayıblar.
Görüşdə Anaklaudiya Rossbax WUF13-ün yüksək səviyyədə təşkil olunduğunu, tədbirin BMT sistemi və beynəlxalq iştirakçılar tərəfindən yüksək qiymətləndirildiyini, qlobal gündəmlə yerli prioritetləri uğurla bir araya gətirdiyini bildirib. Anar Quliyev isə forum çərçivəsində formalaşmış əməkdaşlığın yeni birgə layihələr üçün əlverişli zəmin yaratdığını, imzalanan sazişin Şərqi Zəngəzur iqtisadi rayonunda dayanıqlı, ağıllı və inklüziv yaşayış məskənlərinin inkişafına mühüm töhfə verəcəyini qeyd edib.
Görüşdə iyulun 16-da BMT Baş Assambleyasında başlayacaq Yeni Şəhər Gündəliyinin icrasının aralıq icmalına həsr olunan yüksəksəviyyəli toplantıya hazırlıq da müzakirə olunub. Anaklaudiya Rossbax bildirib ki, siyasi bəyannamə üzrə danışıqlarda mühüm irəliləyiş əldə olunub və tərəflər yekun sənədin qəbuluna nikbin yanaşırlar. Onun sözlərinə görə, WUF13-də əldə olunan nəticələr və formalaşan əməkdaşlıq bu prosesə mühüm töhfə verib.
Oxşar xəbərlər
Global Media Group BMT-nin Qlobal Sazişi ilə birgə "Dayanıqlı yaşayış mühitinin dili" mövzusunda media sessiyası təşkil edib
Bakıda WUF13-ün Sessiyasının açılış mərasimi keçirilib, Prezident İlham Əliyev çıxış edib
İlham Əliyev Cəbrayılın Horovlu kəndinin birinci mərhələsinin açılışında iştirak edib
Bakıda WUF13-ün Sessiyasının açılış mərasimi keçirilib, Prezident İlham Əliyev çıxış edib - YENİLƏNİB-4
Bakıda Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasının açılış mərasimi keçirilir Prezident İlham Əliyev çıxış edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Daha yeddi dövlət qurumu tətbiqinin işi dayandırılacaq
-
Şəmkir sakini nisyə ərzaq ala bilmədiyi mağazanı yandırdı
-
"Sabah"ın 103 yaşlı rəqibi: 8 dəfə Finlandiya çempionu olan "KuPS" - TANITMA
-
İntensiv yağış yağacaq, sel keçəcək - Əhaliyə XƏBƏRDARLIQ
-
Əməkdar artistin evində yanğın olub
-
Nilüferin övladlığa götürdüyü 26 yaşlı qızı evləndi













