Rusiyanın Çelyabinsk vilayətində güclü leysanla əlaqədar 40 nəfər təxliyə edilib
Far.Az xəbər saytı

Rusiyanın Çelyabinsk vilayətində güclü leysanla əlaqədar 40 nəfər təxliyə edilib


Rusiyanın Çelyabinsk vilayətinin Verxniy Ufaley şəhərində güclü leysanla əlaqədar fərdi evlərin su altında qalması səbəbindən 40-dan çox insan təxliyə edilib.

"Report" Rusiya mediasına istinadən xəbər verir ki, bu barədə regionun Ekologiya Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Son 12 saat ərzində ərazidə 51 mm yağıntı qeydə alınıb.

"Ufaleyka və Generalka çaylarında suyun səviyyəsinin kəskin qalxması ilə əlaqədar sahil zonasında yerləşən 14 həyətyanı sahə su altında qalıb, avtomobil nəqliyyatının hərəkətində problem yaranıb. Təhlükəsizliyin təmin edilməsi məqsədilə subasma zonasından 42 nəfər təxliyə edilib. Onların əksəriyyəti qohumlarının və tanışlarının yanında yerləşib, 6 nəfər isə müvəqqəti yerləşdirmə məntəqəsindədir", - məlumatda bildirilib.

Oxşar xəbərlər

İlham Əliyev Xocavəndin Xanoba kəndində fərdi evlərin və infrastrukturun bərpası sahəsində görülən işlərlə tanış olub
Prezident İlham Əliyev Xocalıda hərbi qulluqçular üçün nəzərdə tutulan fərdi evlərdə yaradılmış şəraitlə tanış olub
Son üç saatda İrandan Azərbaycana 50 nəfər təxliyə edilib - YENİLƏNİB-6
Son iki saatda İrandan Azərbaycana daha 9 nəfər təxliyə olunub
Bu günə qədər Azərbaycan vasitəsilə İrandan 725 nəfər təxliyə olunub

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər