Azərbaycan Tibb Universitetinin Rektoryanı Şurasının növbəti iclası keçirilib
Far.Az xəbər saytı

Azərbaycan Tibb Universitetinin Rektoryanı Şurasının növbəti iclası keçirilib


Azərbaycan Tibb Universitetinin (ATU) Rektoryanı Şurasının növbəti iclası keçirilib.

"Report" xəbər verir ki, iclasda universitet rəhbərliyi, struktur bölmələrinin rəhbərləri, dekanlar və aidiyyəti məsul şəxslər iştirak ediblər.

İclasın gündəliyinə uyğun olaraq çıxış edən ATU-nun rektoru, professor Gəray Gəraybəyli toplantıda 2025/2026-cı tədris ilinin yaz semestrinin yay imtahan sessiyasının yekunlarının təhlili, eləcə də "Yay məktəbi"nin təşkili ilə bağlı məsələlərin müzakirə olunacağını diqqətə çatdırıb.

Rektor əlavə edib ki, tədris prosesinin keyfiyyətinin yüksəldilməsi, qiymətləndirmə mexanizmlərinin daha da təkmilləşdirilməsi və tələbəyönümlü mühitin inkişaf etdirilməsi universitetin əsas prioritet istiqamətlərindəndir.

İclasda ilk olaraq yay imtahan sessiyasının nəticələri müzakirəyə çıxarılıb. Tədris departamentinin rəhbəri, dosent Kamandar Yaqubov sessiyanın yekunları barədə məlumat verərək təhsilalanların akademik göstəriciləri, imtahan prosesinin təşkili və əldə olunan nəticələr haqqında ətraflı təqdimatla çıxış edib.

Əcnəbi təhsilalanlarla iş üzrə dekan Natiq Bayramov da çıxış edərək xarici tələbələrin imtahan sessiyasındakı nəticələri, tədris prosesində iştirak səviyyəsi və bu istiqamətdə görülən işlər barədə məlumat verib.

İclasda "Yay məktəbi"nin təşkili ilə bağlı məsələlər də geniş müzakirə olunub. Bildirilib ki, "Yay məktəbi" tələbələrin akademik borclarının aradan qaldırılması, nəzəri biliklərinin möhkəmləndirilməsi, praktik bacarıqlarının inkişaf etdirilməsi və tədris prosesinin davamlılığı və fasiləsizliyinin təmin olunması baxımından mühüm əhəmiyyət daşıyır. Bununla yanaşı, "Yay məktəbi"nin təşkili tələbələrin fərdi akademik ehtiyaclarının nəzərə alınması və onların akademik nailiyyətlərinin artırılması istiqamətində mühüm imkanlar yaradır.

Çıxışlardan sonra gündəlikdə yer alan məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb, səsləndirilən təkliflər nəzərdən keçirilib və müvafiq qərarlar qəbul olunub.

İclasın sonunda rektor, professor Gəray Gəraybəyli universitet qarşısında duran prioritet vəzifələri diqqətə çatdıraraq, qarşıdakı dövrdə tədrisin keyfiyyətinin daha da yüksəldilməsi, idarəetmədə səmərəliliyin artırılması, universitetin strateji inkişaf hədəflərinin uğurla həyata keçirilməsi istiqamətində aidiyyəti struktur bölmələrə müvafiq tapşırıq və tövsiyələrini verib.

Oxşar xəbərlər

Rektor Gəray Gəraybəyli 2025–2026-cı tədris ilinin yay imtahan sessiyasının gedişi ilə tanış olub
Bakıda WUF13-ün Sessiyasının açılış mərasimi keçirilib, Prezident İlham Əliyev çıxış edib
FHN tərəfindən "Yaz-yay fəsillərində sel təhlükəsi" mövzusunda növbəti tədbirlər keçirilib
NDU-nun rektoru Elbrus İsayev media nümayəndələri üçün brifinq keçirib
ATU-da Data-analitika və Süni İntellekt Laboratoriyasının açılış mərasimi keçirilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər