Xırdalandakı Heydər Parkında ağaclar quruyur - SƏBƏB AÇIQLANDI
Xəbər veridiyimiz kimi, Xırdalan şəhərində yerləşən Heydər Parkında ağacların quruması sakinlərin narahatlığına səbəb olub.
Məsələ ilə bağlı Far.Az-in sorğusuna cavab olaraq Abşeron Rayon İcra Hakimiyyətindən bildirilib ki, Xırdalan şəhərində, o cümlədən Heydər Əliyev adına parkda şam ağaclarının quruması ilə bağlı məsələ nəzarətə götürülüb və aidiyyəti dövlət qurumları ilə birgə araşdırma aparılıb.
Qeyd olunub ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekoloji Ekspertiza Agentliyinin rəyinə əsasən, Heydər Əliyev adına parkda 292, ümumilikdə isə şəhər üzrə 980 qurumuş ağac və kol bitkisinin mərhələli şəkildə götürülməsi nəzərdə tutulur.
İcra Hakimiyyətinin məlumatına görə, artıq ilkin mərhələdə 200 qurumuş ağac ərazidən çıxarılıb və onların yerinə hündürlüyü 2-6 metr olan şam, küknar, zeytun və digər ağac növləri əkilib. Bildirilib ki, hazırda yay mövsümü olduğundan yeni tinglərin əkilməsi məqsədəuyğun hesab edilmir. Növbəti ağacəkmə işləri payız aylarında həyata keçiriləcək.
RİH-dən onu da vurğulayıblar ki, rayon ərazisində yaşıllıqların qorunması və artırılması istiqamətində işlər davam etdirilir. Belə ki, 2025-ci il ərzində Abşeron rayonu ərazisində 20 minə yaxın ağac və kol əkilib, onlara aqrotexniki qulluq göstərilib. Həmçinin sakinlərdən qanunsuz ağackəsmə halları ilə qarşılaşdıqları təqdirdə dərhal İcra Hakimiyyətinə məlumat vermələri xahiş olunub.
Şəhanə Xankişiyeva
***12:09
Xırdalan şəhərində yerləşən Heydər Parkında ağacların quruması sakinlərin narahatlığına səbəb olub.
Bu barədə Far.Az-in "qaynar xətti"nə vətəndaşlar məlumat veriblər.
Onların sözlərinə görə, son vaxtlar park ərazisində ağacların sürətlə quruması müşahidə olunur. Sakinlər yaşıllıq zolağının vəziyyətinin getdikcə pisləşdiyini bildirərək problemin araşdırılmasını və aidiyyəti qurumlar tərəfindən tədbir görülməsini xahiş edirlər.
Məsələ ilə bağlı aidiyyəti quruma sorğu ünvanlamışıq.
Şəhanə Xankişiyeva
Oxşar xəbərlər
Leyla və Arzu Əliyevalar Dənizkənarı Milli Parkda açılış və təqdimat mərasimlərində iştirak ediblər
Sumqayıt Sənaye Parkında karton və qutu taralarının istehsalı müəssisəsinin açılışı olub
Prezident İlham Əliyev Sumqayıt Sənaye Parkında güzgü vərəqələrin istehsalı zavodunun açılışında iştirak edib
Leyla Əliyeva, Arzu Əliyeva və Alena Əliyeva Lənkəranda ekoloji aksiyalarda iştirak ediblər
Bakıda TDT Xəritəçəkmə Qurumları Rəhbərlərinin ikinci iclası keçirilib, bəyannamə qəbul edilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Şəmkir sakini nisyə ərzaq ala bilmədiyi mağazanı yandırdı
-
DÇ-2026: İngiltərə - Argentina oyunu başlayıb
-
Qahirə və Bakı arasında müntəzəm birbaşa aviareyslər açıla bilər
-
Su fasilələri ən çox Argentinaya fayda verib
-
Birbank-la bütün suallara cavab almağın QISA YOLU VAR
-
Hikmət Hacıyev: Şuşa mədəniyyət və ilham şəhəridir













