Milli Məclisin sədri Fələstin Baş naziri ilə görüşüb
Bu gün Milli Məclisin sədri Sahibə Qafarova ölkəmizdə səfərdə olan Fələstin Dövlətinin Baş naziri Məhəmməd Mustafa ilə görüşüb.
Bu barədə Far.Az-ə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən xəbər verilib.
Görüşdə Azərbaycan ilə Fələstin arasında dostluq münasibətlərindən və qarşılıqlı hörmətə əsaslanan əməkdaşlıqdan bəhs edən parlamentin spikeri qeyd edib ki, ölkələrimizi ortaq dini-mənəvi və ailə dəyərləri, habelə xalqlarımız arasında mövcud olan dostluq münasibətləri birləşdirir. Dövlətlərarası əlaqələrin dərinləşməsində yüksək səviyyəli səfərlərin, eləcə də keçirilən görüşlərin mühüm rolunu vurğulayan Milli Məclisin sədri, Fələstin Baş nazirinin ölkəmizə cari səfərinin iki ölkə arasında münasibətlərin daha da inkişafına və əməkdaşlığın genişlənməsinə mühüm töhfə verəcəyinə əminliyini ifadə edib.
Spiker Sahibə Qafarova Azərbaycanın Fələstin məsələsində prinsipial mövqe tutduğunu qeyd edərək, bu mövqeyin beynəlxalq təşkilatlar çərçivəsində də ardıcıl şəkildə izləndiyini vurğulayıb.
Söhbət zamanı 2023-cü ildə Azərbaycanın Ramallah şəhərində Təmsilçilik Ofisinin fəaliyyətə başlamasının ikitərəfli münasibətlərin inkişafında mühüm addım olduğu vurğulanıb.
Parlamentlərarası əməkdaşlığın əhəmiyyətinə toxunan Sahibə Qafarova qeyd edib ki, Azərbaycan parlamenti Fələstin Milli Şurası ilə həm ikitərəfli formatda, həm də Parlamentlərarası İttifaq, İƏT Parlament İttifaqı (PUIC), Asiya Parlament Assambleyası və Qoşulmama Hərəkatı Parlament Şəbəkəsi çərçivəsində səmərəli əməkdaşlıq edir. Azərbaycan beynəlxalq təşkilatlar və digər çoxtərəfli platformalar çərçivəsində Fələstin məsələsini daim diqqət mərkəzində saxlayır və bu məsələyə xüsusi həssaslıqla yanaşır.
Görüşdə Azərbaycanda fələstinli tələbələrin təhsil almasından məmnunluq ifadə edilərək, "Heydər Əliyev Beynəlxalq Təhsil Qrantı" proqramının onlara yaratdığı əlverişli imkanlar yüksək qiymətləndirilib.
Məhəmməd Mustafa Azərbaycan dövlətinə, xalqına və parlamentinə Fələstin məsələsində göstərilən ardıcıl siyasi, diplomatik, humanitar dəstəyə görə təşəkkür edib. Azərbaycan Prezidenti və Baş naziri ilə keçirdiyi görüşlərin əhəmiyyətini qeyd edən qonaq, ölkə rəhbərliyinin davamlı dəstəyinin Fələstin xalqı tərəfindən heç vaxt unudulmayacağını vurğulayıb. Baş nazir, həmçinin Azərbaycanın beynəlxalq sülh təşəbbüslərinə töhfəsini yüksək qiymətləndirərək, ölkəsinin "iki dövlət" prinsipi əsasında ədalətli və davamlı sülhə sadiq olduğunu bildirib.
Məhəmməd Mustafa iki ölkə arasında kənd təsərrüfatı, təhsil və humanitar sahələrdə əməkdaşlığı genişləndirmək üçün böyük potensialın olduğunu diqqətə çatdırıb. Bu çərçivədə o, Azərbaycanın dəstəyi ilə Fələstində məktəb tikintisini və digər birgə layihələri xüsusi qeyd edib.
Oxşar xəbərlər
Sahibə Qafarova Slovakiya Milli Şurasının sədri ilə görüşüb
Şəkidə "Ümummilli Lider Heydər Əliyev və Azərbaycanın mədəniyyət dəyərləri" mövzusunda tədbir keçirilib
Sahibə Qafarova BƏƏ-dən olan həmkarı ilə parlamentlərarası əlaqələri müzakirə edib
Sahibə Qafarova Abraham Hamada ilə Azərbaycan-ABŞ münasibətlərini müzakirə edib
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
DÇ-2026: İngiltərə - Argentina oyunu başlayıb
-
Qahirə və Bakı arasında müntəzəm birbaşa aviareyslər açıla bilər
-
Birbank-la bütün suallara cavab almağın QISA YOLU VAR
-
Bakıda keçiriləcək dünya çempionatında rekord sayda iştirakçı
-
İçməli su küçəyə axır - Sakinlərdən şikayət
-
Azərbaycan və Serbiya Yüksək Səviyyəli Birgə İşçi Qrupunun iclası keçirilib













