Gündüz İsmayılov: "Hər bir jurnalist paylaşdığı məlumat və səsləndirdiyi fikrə görə məsuliyyət daşıyır"
Azərbaycan milli mətbuatının 151 illiyinə həsr olunmuş "Dini mövzuların mediada təqdimatı: Dini sabitliyin qorunmasında birgə məsuliyyət" mövzusunda keçirilən konfrans çərçivəsində "Rəqəmsal media və dini diskurs: İnformasiya manipulyasiyası və dezinformasiya" adlı panel sessiya təşkil olunub.
BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, sessiyaya Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov moderatorluq edib.
O bildirib ki, milli birlik və qarşılıqlı hörmət Azərbaycanın əsas güc mənbəyidir. G.İsmayılov qeyd edib ki, bu dəyərlərin qorunmasında ziyalıların və media nümayəndələrinin üzərinə böyük məsuliyyət düşür: "Hər bir jurnalist dərc etdiyi məlumata görə məsuliyyət daşıyır. Dini mövzular işıqlandırılarkən tərəfsizlik, obyektivlik və peşəkarlıq əsas prinsip olmalı, cəmiyyətə dəqiq və balanslı informasiya təqdim edilməlidir".
Mətbuat Şurasının sədr müavini, əməkdar jurnalist Səadət Məmmədova dini savadlılığın əhəmiyyətindən danışıb. O bildirib ki, dini savadlılıq hər hansı bir əqidəni təbliğ etmək deyil, dinə sosioloji, tarixi və mədəni fenomen kimi yanaşa bilmək bacarığıdır:
"Sosial şəbəkələrdə dini məzmunlu paylaşımların təsiri artdıqca, peşəkar medianın üzərinə düşən ictimai məsuliyyət də artır. Biz hər mövzuda "qırmızı xətt"in harada olduğunu bilməliyik".
S.Məmmədova əlavə edib ki, dini mövzular cəmiyyətdə həssas qəbul olunduğundan, jurnalistlər çox vaxt cəsarətdən daha çox ehtiyatlı davranmağa üstünlük verirlər.
Azərbaycan İlahiyyat İnstitutunun "Dinşünaslıq" kafedrasının müdiri Anar Qafarov isə qloballaşma və rəqəmsallaşmanın milli təhlükəsizlik anlayışını dəyişdiyini diqqətə çatdırıb. Onun sözlərinə görə, ideoloji təhlükəsizlik cəmiyyətin mənəvi-intellektual suverenliyinin qorunması üçün vacibdir: "İdeoloji müharibələr görünməz xarakter daşıdığı üçün daha təhlükəlidir. Bu müharibələr insanların düşüncəsini hədəf alır, dini məfhumların mahiyyəti dəyişdirilir və onlara radikal məzmun qazandırılır".
Ekspert Şəfəq Mehrəliyeva süni intellekt dövründə dini diskursun düzgün qurulmasının sosial və mənəvi əhəmiyyətinə toxunub. O bildirib ki, media orqanları xəbər başlıqlarında çox diqqətli olmalıdır: "Başlıqlar bəzən cəmiyyətdə yanlış təsəvvür yaradır. Bir xəbərin başlığı hansısa bölgə və ya icma haqqında mənfi rəy formalaşdıra bilər və sonradan bunu aradan qaldırmaq daha çətin olur".
Panel sessiya maraqlı müzakirələr və sual-cavablarla yekunlaşıb.
Oxşar xəbərlər
Bakıda Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş "Türk Dünyası Həftəsi"nin açılış mərasimi olub
Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib
Şəhid analarının iştirakı ilə Vətən müharibəsində Zəfərin 5 illiyinə həsr olunmuş tədbir keçirilib
Prezident Davosda "Avrasiyanın iqtisadi özünəməxsusluğunun müəyyənləşdirilməsi" mövzusunda panel iclasında iştirak edib
Leyla Əliyeva "Mənzərəyə açılan ev" mövzusunda qrup sərgisində iştirak edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
DÇ-2026: İngiltərə - Argentina oyunu başlayıb
-
İçməli su küçəyə axır - Sakinlərdən şikayət
-
Birbank-la bütün suallara cavab almağın QISA YOLU VAR
-
Messi: "Futbol baxımından İngiltərədən üstün olduğumuzu bilirdik"
-
Bakıda keçiriləcək dünya çempionatında rekord sayda iştirakçı
-
Gündüz İsmayılov: "Əsas məqsədimiz dini məsələlərin rəqəmsal mediada, mətbuatda müzakirəsinin aparılmasıdır"













