Ukrayna Türkiyə ilə Azad Ticarət Sazişini ratifikasiya etdi
Ukrayna Ali Radası Türkiyə ilə imzalanmış Azad Ticarət Sazişini (STA) ratifikasiya edib. Sazişin iki ölkə arasında ticarətin böyük hissəsini liberallaşdıracağı və qarşılıqlı iqtisadi əməkdaşlığı genişləndirəcəyi gözlənilir.
Far.Az xəbər verir ki, sözügedən saziş 2022-ci il fevralın 3-də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Kiyevə səfəri zamanı imzalanmışdı. Sənəd Türkiyə tərəfindən 2024-cü ilin oktyabrında təsdiqlənmişdi. Ukrayna parlamentinin də ratifikasiyasından sonra saziş daxili prosedurlar tamamlandıqdan sonra qüvvəyə minəcək.
Türkiyənin ticarət naziri Ömər Bolat sosial şəbəkə hesabında paylaşım edərək bu addımı "tarixi mərhələ" adlandırıb. O bildirib ki, saziş Türkiyə ilə Ukrayna arasında iqtisadi və ticarət əməkdaşlığında yeni dövrün başlanğıcı olacaq.
Nazirin sözlərinə görə, saziş qüvvəyə mindikdən sonra iki ölkə arasında ticarətin təxminən 90 faizi qarşılıqlı şəkildə sərbəstləşdiriləcək. Bu isə Türkiyə ixracatçılarının Ukrayna bazarında rəqabət qabiliyyətini artıracaq.
Rəsmi məlumatlara əsasən, 2025-ci ildə Türkiyə ilə Ukrayna arasında ticarət dövriyyəsi təxminən 6,6 milyard dollar təşkil edib. Tərəflər yaxın illərdə bu göstəricini 10 milyard dollara çatdırmağı hədəfləyirlər.
Bu arada, Ukrayna parlamentində ratifikasiya prosesinin başa çatmasından sonra Türkiyənin xarici işlər naziri Hakan Fidanın Kiyevə səfər edəcəyi açıqlanıb. Onun Ukrayna Prezidenti Volodimir Zelenski və digər yüksəkvəzifəli rəsmilərlə görüşlər keçirəcəyi gözlənilir.
Oxşar xəbərlər
Kiyevə raket hücumu zamanı Azərbaycanın Ukraynadakı səfirliyinə ciddi ziyan dəyib
Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
İlham Əliyev "Bakı Enerji Həftəsi"nin rəsmi açılış mərasimində iştirak edib - YENİLƏNİB-3
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Sabah" UEFA Çempionlar Liqasında II təsnifat mərhələsinə vəsiqə qazanıb
-
"Qarabağ"ın sabiq hücumçusu Duran "Seltik"də ilk qolunu vurdu
-
Zinəddin Zidan DÇ-2026-dan sonra Fransa millisini çalışdıracaq
-
Daha yeddi dövlət qurumu tətbiqinin işi dayandırılacaq
-
"Qəbələ" yoxlama oyununda "Kəpəz"i məğlub edib
-
"Sabah"ın 103 yaşlı rəqibi: 8 dəfə Finlandiya çempionu olan "KuPS" - TANITMA













