Qubada stadion satılıb? - Sakinləri hiddətləndirən iddia
Quba rayonunun Kürkün kənd sakinləri uzun illərdir istifadə etdikləri futbol meydançasının satıldığını iddia edirlər. Vətəndaşlar bildirirlər ki, artıq onlara stadiondan istifadəyə qadağa qoyulacağı ilə bağlı xəbərdarlıq da edilib.
Məsələ ilə bağlı Baku TV-nin qaynar xəttinə müraciət edən şəxslər aidiyyəti qurumlardan problemin həll olunmasını və stadionun onların istifadəsində saxlanılmasını tələb edirlər.
"Bu ərazidən 60-70 ildir ki, stadion kimi istifadə olunur. Lakin bu yaxınlarda torpağı özəlləşdirib sənəd alıblar. Kəndimizin relyefi dağlıq olduğu üçün futbol oynamağa başqa heç bir uyğun yer yoxdur", - sakinlərdən biri söyləyib.
Digər bir kənd sakini isə bildirib:
"Biz daim bu meydançadan istifadə edirik. Axşamlar burada toplaşır, futbol oynayır və asudə vaxtımızı keçiririk. Əgər bu meydança da əlimizdən alınsa, kənd gənclərinin asudə vaxtını səmərəli keçirməsi üçün heç bir şərait qalmayacaq".
Oxşar xəbərlər
Leyla Əliyeva və Alyona Əliyeva Qubada internat tipli ümumtəhsil məktəbini və STEAM mərkəzini ziyarət ediblər
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
DÇ-2026: İngiltərə - Argentina oyunu başlayıb
-
İçməli su küçəyə axır - Sakinlərdən şikayət
-
Birbank-la bütün suallara cavab almağın QISA YOLU VAR
-
Messi: "Futbol baxımından İngiltərədən üstün olduğumuzu bilirdik"
-
Bakıda keçiriləcək dünya çempionatında rekord sayda iştirakçı
-
Gündüz İsmayılov: "Əsas məqsədimiz dini məsələlərin rəqəmsal mediada, mətbuatda müzakirəsinin aparılmasıdır"













