Rəşad Sadıqov: "Torpedo" ilə qarşılaşmaq istəmirdik"
Far.Az xəbər saytı

Rəşad Sadıqov: "Torpedo" ilə qarşılaşmaq istəmirdik"


"Zirə" komandanın baş məşqçisi Rəşad Sadıqov deyib ki, komandası UEFA Konfrans Liqasının I təsnifat mərhələsində "Torpedo" ilə qarşılaşmaq istəməyib.

"Far.Az"un məlumatına görə, mütəxəssis bu barədə mətbuat konfransında bildirib.

R.Sadıqov Gürcüstan təmsilçisinin tarixi ənənələri olduğunu söyləyib:

"Püşkdən əvvəl "Torpedo" ilə qarşılaşmaq istəmirdik. Təcrübəli baş məşqçiləri, tarixi ənənələri var. Gürcüstan çempionatında yaxşı çıxış edirlər. Avrokubok təcrübələri də mövcuddur. Amma hər şey bizim üçün uğurlu alındı və mərhələ adladıq".

Baş məşqçi səfərdə rəqibə üç cavabsız qolla qalib gəldikləri I təsnifat mərhələsinin cavab oyunu haqqında danışıb:

"Rəqibin oyunun əvvəlində sistemini dəyişməsi bizim üçün gözlənilməz oldu. Bir çox matçları analiz etmişik. Heç birində belə oynamırdılar. İlk dəqiqələrdə bu sistemə qarşı oynamaq üçün bir az çətinlik yaşadıq. Amma futbolçular yaxşı reaksiya verdilər, rəqibin təhlükə yarada biləcək hücumlarının qarşısını aldılar. Dəqiqələr ötdükcə oyunu bərabərləşdirə, daha sonra üstünlüyü ələ ala bildik. İlk hissədə vacib iki qol vurduq. Futbolçuları, klub rəhbərliyini, azarkeşləri təbrik edirəm".

Xatırladaq ki, "Zirə" II təsnifat mərhələsində "Payde" (Estoniya) ilə üz-üzə gələcək.

Oxşar xəbərlər

Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər