Dünya çempionatının bilet satışlarına start verildi
27 iyul – 2 avqust tarixlərində Bakıda keçiriləcək güləş üzrə U17 dünya çempionatının bilet satışına start verilib.
Far.Az xəbər verir ki, Milli Gimnastika Arenasında təşkil ediləcək yarışın biletlərini iticket.az saytı vasitəsilə onlayn qaydada, eləcə də iTicket-in satış məntəqələrindən əldə etmək mümkündür. Bilet qiymətləri 2 və 5 AZN təşkil edir.
Yarış proqramı hər gün iki sessiyadan ibarət olacaq:
Gündüz sessiyası (10:30–14:30)
İlkin qarşılaşmalar keçiriləcək və idmançılar yarımfinal mərhələsinə yüksəlmək uğrunda mübarizə aparacaqlar.
Axşam sessiyası (17:00–20:00)
Yarımfinal görüşləri, medal uğrunda qarşılaşmalar və mükafatlandırma mərasimləri baş tutacaq.
Bir biletlə həm gündüz, həm də axşam sessiyasını izləmək, eyni zamanda sessiyalar arasında Milli Gimnastika Arenasında fəaliyyət göstərəcək fan zonada azarkeşlər üçün müxtəlif əyləncəli proqramlar, interaktiv oyunlar, tanınmış güləşçilərin imza mərasimləri və s. tədbirlərdə iştirak etmək mümkündür.
Oxşar xəbərlər
Leyla Əliyeva və Alyona Əliyeva mükafatlandırma mərasimində iştirak ediblər
WUF13 yüksəksəviyyəli sessiyalar və rekord sayda iştirakçı ilə uğurla başa çatıb
"Kağız gətir - kitab apar" sosial-ekoloji layihəsinə start verildi
Mehriban Əliyeva növbəti beş il müddətinə Azərbaycan Gimnastika Federasiyasının prezidenti seçilib
Qurbanlıq heyvanların satışı və kəsimi xidmətləri göstəriləcək ünvanlar açıqlanıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Qarabağ"ın UEFA Avropa Liqasının II təsnifat mərhələsindəki potensial rəqibi müəyyənləşib
-
SOCAR istehsalatda süni intellekt texnologiyalarının tətbiqini genişləndirəcək - EKSKLÜZİV
-
Gündüz İsmayılov: "Əsas məqsədimiz dini məsələlərin rəqəmsal mediada, mətbuatda müzakirəsinin aparılmasıdır"
-
Quzu əti niyə fərqli qiymətlərə satılır
-
Messi: "Bu komandanın etdikləri inanılmazdır - artıq beşinci finalımızdır"
-
Rəşad Sadıqov: "Torpedo" ilə qarşılaşmaq istəmirdik"













