Ceyhun Bayramov: Bakı və Moskva ikitərəfli münasibətləri normallaşdırıb
Far.Az xəbər saytı

Ceyhun Bayramov: Bakı və Moskva ikitərəfli münasibətləri normallaşdırıb


Azərbaycan və Rusiya arasında münasibətlərin normallaşması prosesi, o cümlədən hər iki dövlət başçısının şəxsi təşəbbüsləri sayəsində uğurla keçib.

Far.Az report-a istinadən xəbər verir ki, bu barədə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov iyulun 17-si Moskvada rusiyalı həmkarı Sergey Lavrovla ikitərəfli danışıqların yekunlarına dair birgə mətbuat konfransında bildirib.

"Biz yaxın keçmişimizdə ikitərəfli münasibətlərdə çətinliklərlə üzləşmişdik və məmnuniyyət hissi ilə qeyd etmək istəyirik ki, bu səhifəni çevirə və onların bütün spektrini tamamilə normallaşdıra bildik. Bu, ölkələrimizin prezidentlərinin şəxsi mövqeyi sayəsində mümkün oldu. Proses iki dövlət başçısının Düşənbədəki beynəlxalq tədbir çərçivəsində ikitərəfli şəxsi görüşünün yekunlarına əsasən baş verib", - C. Bayramov deyib.

Oxşar xəbərlər

Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
Bakıda Azərbaycan səhiyyəsi üçün önəmli tədbir keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər