Naxçıvanın bəzi ərazilərində elektrik enerjisinin verilişində müvəqqəti fasilə olacaq
Naxçıvan şəhərində iyulun 19-da 110/35/10 kV-luq Xalçaçılıq yarımstansiyasında aparılan yenidənqurma işləri ilə əlaqədar bəzi ərazilərdə elektrik enerjisinin verilişi müvəqqəti dayandırılacaq.
"Azərişıq" ASC-nin Naxçıvan Regional Enerji Təchizatı və Satışı İdarəsindən (RETSİ) "Far.Az"un yerli bürosuna verilən məlumata görə, iyulun 19-da saat 02:00-dan 05:00-dək Naxçıvan şəhərinin İstiqlal küçəsində yerləşən 111, 113, 115, 117 və 129 nömrəli binalarda, Şadlinski, Bəktaşi, Nizami, İlqar Ələkbərov, Səməd Vurğun, Xətai və Vüqar Abbasov küçələrində, 54, 56, 59, 60 və 61-ci məhəllələrdə, Əcəmi məhəlləsi və Əliabad qəsəbəsində, həmçinin Babək rayonunun bəzi ərazilərində və Şahbuz rayonunda elektrik enerjisinin verilişində müvəqqəti fasilə yaranacaq.
Qeyd olunub ki, enerji təchizatı sisteminin etibarlılığının artırılması məqsədilə elektrik xətlərində və yarımstansiyalarda təmir-bərpa, eləcə də yenidənqurma işləri mərhələli şəkildə davam etdirilir.
İşlər başa çatdıqdan sonra qeyd olunan ərazilərdə abonentlər daha keyfiyyətli və dayanıqlı elektrik enerjisi ilə təmin olunacaqlar.
Oxşar xəbərlər
İlham Əliyev Səməd Vurğun adına Yaradıcılıq Evinin açılışında iştirak edib
MÜSİAD Azərbaycanla VİDAL Özəl Sənaye Məhəlləsi arasında memorandum imzalandı
Anar Ələkbərov "44" bədii filminin çəkilişlərinin başa çatması barədə paylaşım edib
Leyla Əliyeva Şuşa məscidi üçün hazırlanan dünya xalçaçılıq tarixinin ən böyük dairəvi xalçası ilə tanış olub
Şəhid olmuş bir qrup hərbi qulluqçu və mülki işçi ölümündən sonra təltif olunub
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Zeynəbin axtarışları nəticə vermir - "Qayalıqlar və balıqçı torları işi çətinləşdirir"
-
Qurban Qurbanov şok qərar verib - UZAQLAŞDIRILDI
-
İran Bəhreyndə ABŞ-nin hərbi obyektlərini vurub
-
Azərbaycandakı bankların nağd vəsaitlərinin məbləğinə görə renkinqi (01.07.2026)
-
Məşhur türkiyəli aparıcı vəfat edib
-
Mikayıl Cabbarov Özbəkistan Prezidenti ilə görüşüb, ticarət və investisiya təşəbbüsləri barədə danışıb













