Hərbi xidmətdən yayınmaq üçün dediyi sözlər başına bəla oldu
Saatlıda hərbi xidətdən boyun qaçıran şəxs altı ay müddətinə azadlıqdan məhrum edilib.
Far.Az Xitab24.az-a istinadən xəbər verir ki, 2000-ci il təvəllüdlü Gəray Vəlizadə (adı və soyadı şərtidir) barəsində Cinayət Məcəlləsinin 321.1-ci maddəsi ilə cinayət işi başlanıb.
Araşdırma zamanı məlum olub ki, G.Vəlizadə 2025-ci ildə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) Mərkəzi Hərbi Həkim Komissiyasında və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyində müayinədən keçdikdən sonra müddətli həqiqi hərbi xidmətə yararlı hesab edilib.
Hərbi xidmətə yola düşməsi üçün ona çağırış vərəqəsi göndərilib. Lakin G.Vəlizadə üzrlü səbəb olmadan vərəqədə göstərilən ünvana gəlməyib. SHXÇDX-nin əməkdaşları ailə üzvləri vasitəsilə ona xəbərdarlıq etsələr də, o, növbəti çağırışa da getməyib.
Məhkəmədə ifadə verən G.Vəlizadə səhhətindəki problemlərə görə hərbi xidmətə yollanmadığını bildirib. Onun sözlərinə görə, 2022-ci ildə hər iki ayağında anadangəlmə üçüncü dərəcəli yastıpəncəlik olduğuna görə ona üç il möhlət verilib. O, atasının vəfatından sonra sinir sistemində problemlər yarandığını və səbəbsiz yerə əsəbiləşdiyini deyib.
G.Vəlizadə psixoloji vəziyyətinə görə hərbi xidmətə getmək istəmədiyini və xidmətə aparılacağı təqdirdə yenidən intihara cəhd edəcəyini bildirib.
Məhkəmədə Səhiyyə Nazirliyinin Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzinin rəyi də araşdırılıb. Rəydə bildirilib ki, G.Vəlizadə əməli törətdiyi vaxt öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, eləcə də onları idarə etmək iqtidarında olub. Buna görə də o, həmin əmələ münasibətdə anlaqlı hesab edilib. Ekspertiza zamanı onda hər hansı psixi xəstəliyin əlamətləri aşkar edilməyib və məcburi müalicəyə ehtiyacının olmadığı bildirilib.
Saatlı Rayon Məhkəməsinin hökmü ilə G.Vəlizadə altı ay müddətinə azadlıqdan məhrum edilib.
Oxşar xəbərlər
Yeni Klinikada Yeni Robotik Reabilitasiya və Sümük İliyi Transplantasiyası mərkəzlərinin açılışı olub
"Tut Əlimdən" Uşaq Reabilitasiya Mərkəzində tarixi Zəfərin ildönümü münasibətilə bayram şənliyi keçirilib
Birinci xanım Mehriban Əliyeva Çolpon-Atada "Altın-Balalık" sağlamlıq və reabilitasiya mərkəzi ilə tanış olub
Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri "Mənim Abşeronum: Üstə gəl" adlı retrospektiv sərgi ilə tanış olublar
DTA tabeliyindəki qoruq və müəssisələrdəki yeniliklər təqdim olunub
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Tramp İranla münaqişənin tezliklə başa çatacağını bildirsə də, yeni zərbələri istisna etməyib
-
KXDR Hərbi Dəniz Qüvvələrini yeni sürətli torpedalarla təchiz edəcək
-
Azərbaycan millisinin futbolçusu Lorenzo Mezzoteronun zədəsi ciddidir?
-
Mərkəzi Bankın qərarı kredit faizlərinə necə təsir göstərəcək?
-
COP31 çərçivəsində Xəzərin külək potensialının investisiya imkanları təqdim edilib
-
ABŞ ordusu Ukraynanın dron təcrübəsindən yararlanır













