İngiltərə mətbuatı yazdı: Mohammed Salah "Beşiktaş"a çox yaxındır
Misir millisinin və "Liverpul"un sabiq ulduzu Muhammed Salahın karyerasını Türkiyədə davam etdirməyə yaxın olduğu bildirilir.
Far.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, "Beşiktaş" 33 yaşlı hücumçu ilə prinsipial razılıq əldə edib. İddialara əsasən, tərəflər 1+1 illik müqavilə üzərində razılaşıblar. Salahın illik 9 milyon avro zəmanətli maaş və 2 milyon avro bonus qarşılığında "qara qartallar"a "hə" dediyi qeyd olunur.
Məlumatda bildirilir ki, hazırda tərəflər arasında imza pulu, bonuslar və imic hüquqları ilə bağlı son detallar müzakirə edilir. Klub prezidenti Serdal Adalının baş məşqçi Vinçenzo İtaliano ilə transferi bir daha dəyərləndirəcəyi də vurğulanır.
İngiltərənin məşhur "The Sun" nəşri də Salahın "Beşiktaş"a keçidinin reallaşmağa çox yaxın olduğunu yazıb. Nəşr iddia edir ki, misirli futbolçu İstanbul təmsilçisi ilə şifahi razılıq əldə edib və rəsmi açıqlamanın yaxın günlərdə veriləcəyi gözlənilir.
Bundan başqa, Salahın meneceri Rami Abbas sosial şəbəkə hesabında futbolçunun gələcək mövsümdə hansı komandada çıxış edəcəyinin hələ dəqiqləşmədiyini, lakin bunun tezliklə bəlli olacağını bildirib.
Oxşar xəbərlər
Türkiyə mətbuatı Eldar Mansurovdan yazdı
Qarabağda işləmək istəyənlərin NƏZƏRİNƏ! - Maaş 1250 AZN-dək
İlham Əliyevin iştirakı ilə İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının açılış mərasimi keçirilib
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
Bir Bonus Toyota Corolla və yüzlərlə bonus qazandırır
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İran Bəhreyndə ABŞ-nin hərbi obyektlərini vurub
-
DSX hərbçisi vəfat etdi
-
Azərbaycandakı bankların nağd vəsaitlərinin məbləğinə görə renkinqi (01.07.2026)
-
Mikayıl Cabbarov Özbəkistan Prezidenti ilə görüşüb, ticarət və investisiya təşəbbüsləri barədə danışıb
-
Almaniya Silahlı Qüvvələri növbəti il Fransanın nüvə çəkindirməsi üzrə təlimlərində iştirak edəcək
-
Azərbaycanda rejissor vəfat etdi













