CENTCOM İrandakı hədəflərə növbəti silsilə zərbələr endirir
ABŞ Silahlı Qüvvələri bazar gününə keçən gecə İran ərazisindəki hədəflərə qarşı yeni zərbələr seriyasına başlayıb.
"Far.Az" xəbər verir ki, bu barədə ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) "X" sosial şəbəkəsində məlumat yayıb.
"Bu gün ABŞ-nin şərq sahili vaxtı ilə saat 18:00-da (Bakı vaxtı ilə 19 iyul 02:00-da - red.) ABŞ Silahlı Qüvvələri yenidən İrana aviazərbələr endirməyə başlayıb", - bəyanatda deyilir.
Zərbələrin bəyan edilən məqsədi İranın Hörmüz boğazında kommersiya gəmiçiliyinə təhdid yaratmaq qabiliyyətini daha da azaltmaq və ötən gecə İordaniyada amerikalı hərbçilərə hücum edən İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) qüvvələrini "cəzalandırmaq"dır.
Daha əvvəl CENTCOM İordaniyada İranın zərbələri nəticəsində iki amerikalı hərbçinin həlak olduğunu, daha birinin isə itkin düşdüyünü bildirmişdi.
Oxşar xəbərlər
Ağsu dolaylarındakı son durum: Sürüşmə riskini azaltmaq üçün tədbirlər görülür
Leyla Əliyeva və Alyona Əliyeva Müstəqillik Gününə həsr olunmuş konserti izləyiblər
FHN silsilə maarifləndirmə tədbirləri keçirib
27 Sentyabr - Anım Günü münasibətilə Azərbaycan Ordusunda silsilə tədbirlər keçirilib
İlham Əliyevin iştirakı ilə İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının açılış mərasimi keçirilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
DSX hərbçisi vəfat etdi
-
İlin ən uğurlu ayı başlayır - Bu 3 BÜRC varlanacaq
-
Asim Xudiyevə UEFA-dan təyinat
-
Konqoda ebola virusundan ölənlərin sayı 860-ı keçib
-
Küveytdə İran zərbələrindən sonra elektrik stansiyası və duzsuzlaşdırma müəssisəsində yanğın olub
-
"Qarabağ"ın biletləri bu gün satışa çıxarılır













