Şəhid övladlarının iştirakı ilə "Qardaşlaşmış Qarabağ Məktəbləri" yay düşərgəsinə start verilib
Azərbaycan Diasporuna Dəstək Fondunun dəstəyi və təşkilatçılığı, "Zəfər" Şəhid Ailələrinə Dəstək İctimai Birliyi, Azərbaycanlıların İsveçrədəki Mədəniyyət Mərkəzi və Fransanın Nant şəhərində fəaliyyət göstərən "Həftəsonu Qarabağ Məktəbi"nin birgə iştirakı ilə Fransanın Kolmar şəhərində VIII "Qardaşlaşmış Qarabağ Məktəbləri" Yay Düşərgəsinə start verilib.
"Far.Az" xəbər verir ki, düşərgə Fransa təbiətinin füsunkar guşələrindən birində, Kolmar şəhərinin meşə mənzərələri ilə əhatə olunmuş xüsusi düşərgə ərazisində baş tutub.
Düşərgənin proqramına maarifləndirici təlimlər, intellektual oyunlar, mədəniyyət və idman tədbirləri, vətənpərvərlik mövzusunda görüşlər və digər proqramlar daxildir.
Düşərgədə Azərbaycanın ümumtəhsil məktəblərində təhsil alan, Vətənimizin ərazi bütövlüyü uğrunda canlarından keçən qəhrəman şəhidlərimizin övladları Fransanın Nant şəhərində fəaliyyət göstərən "Həftəsonu Qarabağ Məktəbi"nin şagirdləri ilə bir araya gəliblər.
Açılış mərasimində Azərbaycan Diasporuna Dəstək Fondunun icraçı direktoru Əkrəm Abdullayev, Azərbaycanlıların İsveçrədəki Mədəniyyət Mərkəzinin sədri Qasım Nəsirov, təlimçi Lalə Hüseynzadə və Azərbaycan-Fransa Mədəniyyət Assosiasiyasının nümayəndəsi Əsbənd Fətəliyeva çıxış ediblər. Çıxışlarda uşaqlara göstərilən diqqət və qayğının dövlət siyasətinin əsas istiqamətlərindən biri olduğu vurğulanıb, bu baxımdan layihənin əhəmiyyətindən danışılıb.
Şəhid övladları ilə xaricdə yaşayan azərbaycanlı uşaqların birlikdə düşərgədə iştirakı gələcəkdə Azərbaycanın yeni diasporunun formalaşması və Ana Vətənlə əlaqələrin möhkəmlənməsinə, eyni zamanda xaricdə yaşayan azyaşlıların Azərbaycan həqiqətlərini dərindən öyrənmələrinə və torpaqlarımızın bütövlüyü uğrunda canından keçən şəhidlərin qəhrəmanlıqları haqqında ətraflı məlumat əldə etmələrinə xidmət edəcək.
VIII "Qardaşlaşmış Qarabağ Məktəbləri" yay düşərgəsi iyulun 23-dək davam edəcək.
Oxşar xəbərlər
SOCAR-ın təşkilatçılığı, "Neftçi" və "Galatasaray" klublarının tərəfdaşlığı ilə şəhid və qazi övladları üçün "Futbol günü" adlı tədbir keçirilib
Leyla Əliyeva və Alyona Əliyeva Qubada internat tipli ümumtəhsil məktəbini və STEAM mərkəzini ziyarət ediblər
Heydər Əliyev Fondunun dəstəyi ilə alınan musiqi alətlərinin təqdimatı olub
Bakıda Zəfər muzeyinin açılışı olub
Basqalda şəhid övladlarının "Zəfər" intellektual yay düşərgəsi keçirilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Konqoda ebola virusundan ölənlərin sayı 860-ı keçib
-
Mbappe dünya çempionatları tarixinin bombardirlər siyahısında liderliyə yüksəlib
-
Rusiyada "Mi-2" helikopteri qəzaya uğrayıb, pilot həlak olub
-
DÇ-2026: Fransa - İngiltərə oyununda ikinci qol vurulub - YENİLƏNİR-2
-
"Facebook" istifadəçiləri giriş problemi ilə üzləşib
-
Ukraynada istefa dalğası: Müdafiədə dəyişiklik, siyasətdə gərginlik













